Şagirdi lövhəyə çıxarıb döyən müəllimin görüntüləri yayıldı – video
Müəllimə ibtidai sinif şagirdini döyüb.
ARANTV.AZ xəbər verir ki, Türkiyənin Bolu bölgəsindəki məktəblərin birində dərs zamanı sinif rəhbəri 4-cü sinif şagirdini lövhəyə çıxarıb. Bu zaman müəllimə sualın cavabını bilməyən şagirdi vurub.
Həmin anları sinifdə olan digər bir şagird telefonuna çəkib. Video görüntüdə müəllimənin uşağın qulağından dartaraq: “saymağı bilməsən, vallah, vuraram” deməsi eşidilir.
Həmin video məktəb direktoruna göstərilib. G.Y adlı müəllimə haqqında araşdırma başlanılıb.
big.az

