Region Xəbərləri 

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

Bu gün Azərbaycan dünya arenasında uğurlu müstəqil siyasət yürütməyi bacaran bir dövlətdir. Bununa balanslaşdırılmış xarici siyasəti və nəticə etibarı ilə əldə edilmiş uğurları buna bariz nümunədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ilə ölkəmiz yüksək inkişaf mərhələsi keçməkdədir.
Və bu siyasət ölkəmizin milli maraqları ilə tam uzlaşır və öz bəhrəsini verir. Ölkə rəhbəri xarici işgüzar səfərlərində hər zaman dövlətimizin milli maraqlarını müdafiə edir. Bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfər, orada iş adamları və kanslerlə görüşü eyni zamanda görüşdən sonra mətbuat konfransında səsləndirilən bəyanatda çox ciddi diqqət çəkən məsələlər oldu.
Azərbaycan 30 il öz qonşusu Ermənistanın işğalçılıq siyasətinə məruz qalmış və 20 faiz torpaqları düşmən tapdağında olmuşdur. Bütün dünya o cümlədən beynəlxalq qətnamələr Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu təsdiqləsə də prosesin real həlli üçün heç bir addım atılmadı. Uzun illər boyunca aparılan danışıqlar və son illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi bütün sülh üzrə danışıqları pozdu. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribata əks-hücumla başlanan 44 günlük Vətən müharibəsi bu işğalçılığa son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Azərbaycan müstəqil və dünyəvi bir dövlət kimi hər zaman beynəlxalq münaqişələrin həlli yolu kimi müharibə variantını rədd edən bir dövlət olmuşdur. Bu müharibə həm də bütövlükdə Qafqaz regionunda geosiyasi vəziyyəti dəyişdi. Azərbaycan beynəlxalq qətnamələri özü icra etməklə region üçün yeni reallığın yaranmasına səbəb oldu. Regionda sülh olmasını istəməyən dövlətlər hər yolla bu müharibəni dayandımağa çalışsalar da öz məqsədlərinə nail ola bilmədilər. İşğaldan azad edilən ərazilər təqribən Liviya dövləti boydadır. Müharibə bitdikdən dərhal sonra ərazilərin bərpa edilməsi üçün bütün zəruri addımlar atılmaqdadır. Bərpa işlərinin həyata keçirilməsində əsas maliyyələşdirilməni Azərbaycan dövləti özü edəcək. Dövlətin iqtisadi imkanları buna imkan verir və biz bunu edəcəyik. Eyni zamanda regionda yaranan yeni bir reallıq Zəngəzur dəhlizinin açılması və bütövlükdə Avropa və Asiyanı birləşdirəcək avtomobil və dəmir yolu nəqliyyatının yaradılması məsələsidir. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır
Uzun müddət regionda müharibə şəraitinin olmasına baxmayaraq xarici investorlar tərəfindən Azərbaycana investisiya yatırılması həyata keçirilirdi və bu müharibədən sonra daha da yüksəlməyə başladı. Ölkədə həyata keçirilən səmərəli siyasət son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artmasına səbəb olmuşdur. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Biz bütün bunlara neft və qeyri-neft sektorundan əldə edilən maliyyə vəsaitlərinin səmərəli istifadəsi nəticəsində nail olmuşuq. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilibsə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Gələcək illərdə ölkəmiz ixrac coğrafiyasını Avropada genişləndirmək niyyətindədir. Həmçinin Azərbaycanda beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi yekunlaşmaq üzrədir və yeni kreditlərin götürülməsi planlaşdırılır. Ölkəmizin 2030-cu ilədək inkişaf strategiyasına əsasən qarşıda duran strateji hədəflər üçün 40-50 milyard ABŞ dolları həcmində kreditlərin alımasını nəzərdə tutur.
Bu gün Azərbaycan Avropa üçün enerji sektorunda ən etibarlı tərəfdaşdır. Rusiya- Ukrayna müharibəsi başlayandan sonra ölkəmizə qaz təchizatı üçün 10-dan çox ölkə müraciət etmişdir.
Ölkəmizdə neft-qazla yanaşı bərpaolunan enerji mənbələrinin böyük potensialı mövcuddur və artıq bu sahədə də ciddi addımlar atılmışdır. Bütövlükdə götürsək ölkəmizin gələcək inkişaf strategiyasının əsas hədəfi iqtisadiyyatın şaxələndirilmiş yüksək inkişafına nail olmaqdır.
Elmir Məmmədov – Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin müəllimi
ARANTV.AZ
Nilufər Əliyeva

Daha çox xəbərlər