Ulu Öndər Heydər Əliyevin müasir hüquq sisteminin formalaşmasında rolu
Müasir və müstəqil Azərbaycanın şanlı tarixindən danışarkən gözümüzün önündə öncə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Azərbaycanlı olması ilə daim qürur duyan Böyük Şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı aktiv mübarizəyə həsr olunub. Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanır.
Dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsasları üzərində bərqərar olunmasına Ulu Öndərin qətiyyəti nəticəsində nail olub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Təcrübə göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd edib, digər sahələrdə olduğu kimi Ədliyyə sisteminin də mahiyyətcə təkminləşdirilməsinə xidmət edən islahatlar həyata keçirilib.
Mövcud olduğu dövr ərzində Ədliyyə Nazirliyinin fəaliyyətində çətinliklər az olmayıb. 1920-ci ildə Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılıb və səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Sonra iki dəfə ləğv olunaraq yenidən təsis edilib, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilib. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törədib.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi isə 1970-ci ilə – Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilib və bununla da respublikanın ədliyyə tarixində yeni mərhələ başlayıb. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək, məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılıb.
Müstəqillik illərində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb. Bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Ədliyyə Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi isə ədliyyə sistemində, belə demək mümkündürsə, inqilabi dəyişiklik baş vermiş, Nazirliyin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır. Təsadüfi deyil ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti Ədliyyə Tarixi Muzeyində qiymətli eksponat kimi saxlanılır.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Möhkəm ictimai-siyahi sabitlik bərqərar olunduqdan sonra Ulu Öndərimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızda Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Bunula əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək Ulu Öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edəm mühütin qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyətinin yeni qanunveriçiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiçikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institunun təsis edilməsini gündəmə gətirmişdir. Nəticədə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir. Ombudsmanın aparatı fəaliyyətə başladıqdan sonra Ədliyyə Nazirliyi tətəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən dövlətin cəza siyasətində də islahatlar həyata keçirilmiş, bununla bağlı bir çox fərman və sərəncaamlar imzalanmışdır. Dahi öndərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləvğ edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin ölkədə demokratiyanın inkişafı baxımından ən böyük xidmətlərindən biri də məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir. Ulu öndərin 1998-ci il 1 dekabr tarixdə imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradır. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Rəşidə Mənəfova,
7 saylı Bakı “ASAN Xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat söbəsinin rəisi

