DƏHŞƏT! Avtobus sürücüsü gənci ÖLDÜRDÜ – VİDEO
Bakı şəhəri Binəqədi rayonunda velosiped sürən gənci avtobus vurub öldürüb.
ARANTV.AZ xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.
Verilən məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.
Belə ki, 91 nömrəli marşrut avtobusu təxminən 20-22 yaşlarında olan, hələlik şəxsiyyəti məlum olmayan gənci vuraraq öldürüb.
Hadisə şahidlərinin sözlərinə görə gənc oğlan velosipedlə keçmək istəyirmiş. O hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

