Siyasət 

İmamoğlu da Azərbaycan xalqını təbrik etdi – FOTO

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlu da 28 May- Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edənlər sırasında olub.

Siyasətçi tvitter mikrobloqunda təbrik mətni yayımlayıb:

“Sonsuzadək dost və qardaş qalacağımız Azərbaycan xalqının Cumhuriyyət Gününü təbrik edirəm. 101 il öncə Azərbaycan Demokratik Cumhuriyyətini elan edən qardaşlarımızla qəlblərimiz hər zaman birlikdə atdı və həmişə birlikdə atacaq. Azad və xoşbəxt neçə illərə, can Azərbaycan!”.
İmamoğlu da Azərbaycan xalqını təbrik etdi - FOTOqafqazinfo

Daha çox xəbərlər