Hikmət Hacıyev: “Qarabağ bölgəsində hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya maneə yaradırdı”
“Qarabağ bölgəsində hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya maneə yaradırdı”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri keçirməyə məcbur oldular:
“Azərbaycan Ordusu heç bir mülki obyektə zərbə endirməyib”.
O əlavə edib ki, təəssüf ki, Prezident Administrasiyası tərəfindən göndərilən dəvət separatçı rejim tərəfindən rədd edilirdi.

