Region Xəbərləri 

Lənkəranda iftar süfrələri təşkil olunub – VİDEO

Heydər Əliyev Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə Lənkəranda iftar süfrələri təşkil olunub.

ARANTV.AZ  xəbər verir ki, Lənkəranda açılan iftar süfrəsində din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən rayonun din xadimləri ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu, dövlətin dini sahəyə, din xadimlərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər.

oxu.az

Daha çox xəbərlər