Körpülərimiz etibarlıdırmı? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
çma halı qeydə alınmayıb”.
AAYDA-nın rəsmi saytındakı məlumatlara görə, ölkədə ümumi avtomobil yollarındakı körpülərin sayı 1531-dir. Xaçmaz körpüsündə daha öncə problem müşahidə edilməyib.
AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, mütəmadi olaraq avtomobil yolları üzərində yerləşən bütün yol qurğularına baxış keçirilir:
“Baxış keçirilən zaman hər hansı problem aşkarlanarsa, dərhal aidiyyəti üzrə məlumat verilir və həmin problemin aradan qaldırılması istiqamətində zəruri addımlar atılır. Təbii ki, heç kim təbii fəlakətdən sığortalanmayıb və bu səbəbdən avtomobil yollarında da hər hansı hadisə baş verə bilər. Xaçmaz rayonunda təbii fəlakət nəticəsində qeydə alınan körpü uçması da məhz buna misaldır. Həmin körpü işlək vəziyyətdə idi və istismar olunurdu. O körpüdə daha öncə hər hansı ciddi problem müşahidə edilməyib. Digər ərazilərdə, xüsusilə cənub bölgəsi üzrə körpülərin müəyyən hissələrinin, yanaşma yollarının yuyulması da qeydə alınıb. Təbii ki, bunlar gözlənilə bilən hallardır. Amma mütəmadi olaraq yollara və yol qurğularına daim nəzarət olunur”.
A.Nəcəfli onu da əlavə edib ki, söhbət AAYDA balansında olan yerli və respublika əhəmiyyətli avtomobil yolları üzərində yerləşən körpülərdən gedir. Hər hansı bir ərazidə kustar üsulla inşa edilən körpüdən yox:
“Qurumun balansında olan körpülərin statistikasına nəzər salsaq, təbiət hadisələri nəticəsində dağılmış, uçmuş körpülərin sayı çox azdır. Bir neçə il öncə bənzər hadisə yanaşma yolunun yuyulması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu üzərində, Göyçay rayonu ərazisində qeydə alınmışdı. Sonuncu belə hadisə isə Xaçmaz rayonunda qeydə alındı”.

