Köç karvanı Zabux kəndinə çatıb: Sakinlərə evlərinin açarları təqdim edilib – FOTO/VİDEO
Bu gün Bakıdan yola salınan köç karvanı artıq Laçın rayonunun Zabux kəndinə çatıb.
“Report” xəbər verir ki, doğma yurda çatan sakinlərə evlərinin açarları təqdim edilib.
Qeyd edək ki, bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.
07:13
Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
ARANTV.AZ-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından Bakı şəhərindən 15 ailə (57 nəfər);
Abşeron rayonundan beş ailə (14 nəfər);
Tərtər rayonundan iki ailə (10 nəfər);
Lənkəran şəhərindən bir ailə (dörd nəfər);
Bərdə rayonundan bir ailə (beş nəfər);
Qax rayonundan bir ailə (dörd nəfər) olmaqla ümumilikdə 25 ailə (94 nəfər) Laçın rayonunun Zabux kındinə yola salınıb.
Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 21 ailə (94 nəfər) köçürülüb.

