Korrupsiya faktı aşkarlanan sahələrin adları açıqlandı
ARANTV.AZ-ın məlumatına görə, baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.
Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
Həmçinin Kamran Əliyev Baş İdarədə ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işinin istintaq olunduğunuda qeyd edib.
O, bundan başqa Göyçayda körpünün uşması faktı ilə bağlı 7 vəzifəli şəxsin məsuliyyətə cəlb edilidiyini deyib. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.
ölkə.az

