YAP Bərdə rayon təşkilatında partiyanın rayon üzrə seçki qərargahının iclası keçirildi.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Bərdə rayonu üzrə Yeni Azərbaycan Partiyasının seçki qərargahının 19 dekabr 2023- cü il tarixdə iclası keçirildi.
İclasda öncə xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qərargahın sədri, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya iclası açaraq Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin daim gördüyü işlər, atdığı addımlarla xalqımızın etimadını doğrultduğunu bildirmiş, Azərbaycana bəxş etdiyi Qələbələrə görə xalqımızın onun ətrafında dəmir yumruq kimi birliyindən danışmışdır. Bu seçkinin xalqımızın öz böyük oğluna inam və dəstəyinin daha parlaq nümunəsini olacağını bildirmişdir. Sonra Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər, qarşıda duran məsələlər müzakirə edilmiş, qərargah üzvləri arasında iş bölgüsü aparılmış, üzvlərə müvafiq tövsiyələr və tapşırıqlar verilmişdir.
İclasda qərargah üzvləri rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, rayon İctimai Nəzarət şurasının sədri Rzaqulu Şərifov, rayon qadınları adından Səfurə Hümbətova, Çələbilər kənd ərazi partiya təşkilatının sədri Şamil Behbudov və başqaları çıxış edərək yekdilliklə seçkilərin uğurlu keçməsi üçün var qüvvə ilə çalışacaqlarını bildirmişlər.
Doğma Qarabağla bütövləşmiş Azərbaycanımızın ilk Prezident seçkiləri bütün
xalqımız və dövlətimiz üçün UĞURLU olsun!







