Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov Türkiyə ilə bağlı layihələrinin gecikməsinə aydınlıq gətirib. ARANTV.AZ-ın məlumatına görə, idmançı ötən həftə orada klipə çəkilməsinə başlayacağını demişdi. Amma çəkilişlər təxirə salınıb. Hazırda Moskvada olan N.Fərəcov sabah Türkiəyə qayıdacağını bildirib: “İşlərimlə bağlı Moskvaya gəlmişdim. Sabah Türkiyəyə qayıdıram. Çəkilişlərə gələn həftə start veriləcək. Türkiyədən məşhur bir simanın klipində çəkiləcəm. Hazırda onunla danışıqlar aparılır. Buna görə də işimiz yubanır”.
Nicat Fərəcov hansı türkiyəli məşhurun klipində çəkiləcək?
