İmişli rayonunun Xubyar kəndi ərazisində 18 yaşlı oğlan balıq tutarkən çaya düşüb.
ARANTV.AZ-ın məlumatına görə, 2000-ci il təvəllüdlü Yaqubov Şükür balıq tutarkən Araz çayına düşüb.
Hazırda onun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmədə Dövlət Xidmətinin dalğıc axtarış xidməti tərəfindən axtarılır.
oxu.az
