74 yaşlı kişi ehtiyatsızlığın qurbanı oldu

Yasamal rayonu, 11-ci Xriptova küçəsi, ev 179-da bədbəxt hadisə baş verib.

ARANTV.AZ-ın məlumatına görə, həmin mənzildə yaşayan, 1944-cü il təvəllüdlü Allahbaxış Cəfər oğlu Əzizov ehtiyatsızlıqdan elektrik mişarı ilə ayağının yuxarı hissəsinin şah damarını kəsib. Yaralı  qanaxma nəticəsində elə hadisə yerindəcə keçinib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla əlaqədar Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.

ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.