“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”… – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ
Bakı Ağ Şəhər həm də bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi məkandır. Ağ Şəhərin mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli və xarici rəssamların incəsənət əsərləri quraşdırılıb.
Meksika heykəltaraşı Enrike Kabreranın Nyu-Yorkda yerli sakinlər və qonaqlar arasında çox məşhur olan “Böyük alma” əsəri burada nümayiş etdirilir.
Şərq təqviminə görə 2024-cü ilin rəmzi əjdahadır. Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2 metr olan “Əjdaha” heykəli bu ilin rəmzinə həsr olunub.
Dünyada məşhur olan amerikalı heykəltaraş Robert Sammers bir sıra maraqlı əsərlərin müəllifidir. Onun “Qarabağ atları” monumenti həyatiliyi və canlılığı ilə diqqəti özünə cəlb edir.
Ağ şəhərdəki müasir incəsənət nümunələri yalnız bunlar deyil, bir-birindən maraqlı digər müxtəlif əsərlər də nümayiş olunur.
AZƏRTAC-ın fotomüxbirinin mövzu ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik.