Region Xəbərləri 

Bərdə rayon Ağsaqqallar Şurası Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü münasibətilə kitab günü bayramı qeyd edilib-VİDEO

Bərdə rayon Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü münasibətilə Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda kitab günü bayramı qeyd edilib. Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və xalqımızın azadlığı, dövlətimizin suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıb, yeniyetmə və gəncləri mütaliə etməyə çağırıblar. Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin də iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən ulu öndər Heydər Əliyevdən bəhs edən üç min nüsxəyə yaxın nəşr nümayiş olunub. Açıq havada sərgilənən kitablar rayon sakinlərinə hədiyyə edilib. Sərgi sakinlərin marağına səbəb olub və razılıqla qarşılanıb.

Daha çox xəbərlər