Region Xəbərləri 

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir.

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin yenidən bərpası, dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.

Belə ki, 25 noyabr 2022-ci il tarixdə Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulamışdır ki, “Orta Dəhliz” kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Dövlət başçısının qeyd etdiyi kimi istənilən geniş miqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir.

Mövcud dünyamızda siyasi böhranlar və münaqişələrin dərinləşdiyi bir zamanda respublikamızın  regionun geosiyasi həyatında sabitləşdirici rolu xüsusi ilə qeyd olunmalıdır. Bu da ölkə başçısının düşünülmüş  xarici siyasəti sayəsində təmin edilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin  potensial imkanları ilə yanaşı, Şimal-Cənub və Şərq-Qərb dəhlizi kimi nəqliyyat layihələri nəqliyyat infrastrukturuna, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna sərmayə yatırılmış, yeni dəmir yollarının tikilmişdir.

Nəqliyyat-kommunikasiya layihələrindən biri olan dəniz ticarət limanı vasitəsilə daşınan yüklərin həcminin 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi qarşıda duran vacib məsələdir. Belə ki, dünyada mövcud olan yeni geosiyasi vəziyyət ilə əlaqədar Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət yaranıb. Cənab prezidentin təbirincə desək : Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü onun Avropa ilə Asiya arasında yerləşməsidir. Bu Azərbaycana iki qitə arasında əlaqələrin yaradılmasında mühüm rol oynamağa imkan verir.

Prezident İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri və digər üzv ölkələrin nümayəndələrini qəbul edərkən deyib ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəəsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir.

Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.

Aslan Qəmbərov, YAP Bərdə rayon təşkilatı fəalı,Əmirli kənd R.Abbasov adına tam orta məktəbin direktoru.

Daha çox xəbərlər