15 dekabr 2024-cü il tarixində Bakı şəhərində Texnologiya Fənn Müəllimlərinin I Formu keçirilib
«Aran Media» GROUP-un rəhbərliyi ilə 15.12.2024-cü il tarixində «Caspian Plaza» da Texnologiya Fənn Müəllimlərinin I Formu keçirilib. Təhsil işçiləri, media nümayəndələri, xarici qonaqlar, həmçinin tələbələr Forumda iştirak ediblər. Forumda ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən Müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk söz «Aran Media» GROUP-un direktoru, «Aran Media» qəzetinin baş redaktoru, pedaqoq, «İlin müəllimi», «Texnologiya 5555 və 10010 test toplusu»-nun layihə rəhbəri Şeyda Əzizqızına verilib. Qonaqları salamlayan Media rəhbəri Forumun önəmini xüsusi vurğulayaraq, Forumda işıq üzü görən Diana Həsənovanın müəllifi olduğu «5555 və 10010 test toplusu»-nun III nəşrinin mahiyyətindən söhbət açıb, ümumilikdə Texnologiya fənninin gənc kadrların inkişafında xüsusi rolundan bəhs edib: «Bu gün bu Forumda «Texnologiya 5555 və 10010 test toplusu»-nun təqdimatına yığışmışıq. Qeyd etmək istəyirəm ki, Forumun keçirilməsində məqsədimiz Elm və Təhsil Nazirliyinə ictimai dəstək olaraq «Təşəbbüsdən tətbiqə XXI əsrin bacarıqları və inkişafı» haqqında geniş müzakirələrin aparılması və nəticə etibarı ilə qiymətləndirilməsindən ibarətdir. Gənc müəllifə uğurlar arzulayan Şeyda Əzizqızının çıxışından sonra digər qonaqlara söz verilib. Azərbaycan Respublikasının Təhsil İnustutunun baş mütəxəssisi, pedoqogika üzrə fəlsəfə doktoru, dosent, Respublikanın əməkdar müəllimi, 1-9 siniflər üzrə texnologiya dərsliklərinin həmmüəllifi Natiq Axundov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedoqogika elmlər doktoru, professor, 1-9 siniflər üzrə texnologiya dərsliklərinin həmnüəllifi Hümeyir Əhmədov, Azərbaycan Respublikasının Təhsil İnstitutunda böyük elmi işçi Xuraman Səlimova, Texnologiya Fənn Kurikulumu üzrə təlimçi Gülşən Mirizadə, Təsviri İncəsənət və steam müəllimi Billurə Vəlizadə, Hüquqşünas,Yeni kurikulum üzrə təlimçi Bəxtiyar Əliyev, Təqdiqatçı-jurnalist Böyükağa Mikayıllı, Polşa təhsil işçiləri- Anna Listevnik, Elzbieta Porovska, Texnologiya müəllimi Zeynəb Ağayeva, Texnologiya və steam müəllimi Maytab Mürsəlova, Texnologiya müəllimi Əzəmət Əsədova, psixoloq Rəhimə Əliyeva və başqaları XXI əsr texnologiya əsrinin mahiyyəti ətrafında geniş müzakirəlır aparıblar, texnologiya fənnin əsas fənlərdən birinə çevrilməsinin önəmini, texnoloji irəliləyişlərin, təkmilləşdirmələrin, gündəlik həyatın bir hissəsi olduğunu, o cümlədən elm, təhsil, sənayə və s. kimi sahələrdə müstəsna rolundan ətraflı söhbət açıblar.
Tədbirin II hissəsində Azərbaycan Dövlət Pedoqoji kollecinin məzunu, Şəmkir rayonu C. Abdıyev adına Zəyəm Cırdaxan kənd 2 nömrəli tam orta məktəbin müəllimi, «Texnologiya 5555 və 10010 test toplusu»-nun həmmüəllifi, «Edu Company tədris mərkəzi»-nin texnologiya təlimçisi, «Universal tədris mərkəzi»-nin direktoru, «İlin müəllimi», «Peşəkar təlimçi», «İlin təlimçisi», «Fəal müəllim», «Trend of the year», «Günəş altın ödülləri» mükafatlarının laureatı Diana Həsənova texnologiya dərslikləri və testlərinin cəmiyyətimizə, yeni Azərbaycan texnologiya əsrinə güclü təkan veriməsindən söz açıb: «Ərsəyə gətirdiyimiz test toplusu, məhz texnologiya müəllimlərinin, eyni zamanda müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərin istəkləri əsasında hazırlanıb. Bu test tapşırıqlarının köməyi ilə mübahisə yaradacaq bir çox mövzularda yaranmış narahatlıqlar öz dolğun həllini tapmış olacaq».
Sonda müəllif, layihə rəhbəri başda olmaqla əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Nərmin Poladqızı
«Aran Media» GROUP-un meneceri