Cəmiyyət 

Azərbaycanda dəhşət: Qadın övladlarına dağ basdı

Azərbaycanda qadın öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Daşkəsən rayon qeydə alınıb.

Qadının atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı Elmira Pavlovanın azyaşlı övladları – 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Qeyd edək ki, uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir.

Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.

Bu barədə ilk məlumatı APA yayıb.

Daha çox xəbərlər