Cəmiyyət 

Aprelin 8-i ilə bağlı kritik XƏBƏRDARLIQ

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4…

Read More
Gündəm 

Hicab, yoxsa kəlağayı: Niyə seçim olmamalıdır?

Hicabın qadağan olunması ilə bağlı yayılan məlumatın əsassız olduğuna aydınlıq gətirildi. Hicab taxmaq şagirdlər istisna olmaqla, seçimdir, bunun məhdudlaşdırılması hər şeydən öncə Azərbaycanın tolerantlıq prinsiplərinə uyğun gəlmir. Eyni zamanda, risklər vəd edir: – Dini baş örtüklərinin məhdudlaşdırılması məsələsi cəmiyyətdə narazılığa və parçalanmaya səbəb olur: Türkiyənin keçmiş təcrübəsinə baxdıqda bunu aydın görə bilərik; – Belə bir addım Azərbaycanın ictimai rəyini İran başda olmaqla, kənar qüvvələrin müdaxiləsinə açıq hala gətirə bilər: reallığa əsaslanmayan “hicab qadağası” iddiası cənub qonşumuzun bizə qarşı istifadə etdiyi əsas silahlarındandır, zaman-zaman bu istiqamətdə təbliğat kampaniyası aparılıb, bu gün…

Read More
Təhsil 

Birinci sinfə qəbul: Müraciət vaxtı uzadıldı

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb. Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa…

Read More
Hava 

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək,…

Read More
Cəmiyyət 

Talassemiyanın müalicəsində hansı müasir metodlar tətbiq olunur? – ÖZƏL

Müalicənin əsasını müntəzəm qan transfuziyaları və dəmir yüklənməsinin qarşısını alan xelasiya terapiyası təşkil edir. Bu məqsədlə müasir xelator preparatları tətbiq olunur. Bu fikirləri Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Talassemiya bölməsinin Baş həkimi Səhər İsmayılova “İki sahil”ə özəl müsahibəsində bildirib. Onun sözlərinə görə, xəstələrdə yaranan ürək, qaraciyər, endokrin fəsadlara qarşı kompleks və fərdi yanaşma aparılır. Seçilmiş hallarda isə sümük iliyi transplantasiyası perspektiv müalicə üsulu kimi dəyərləndirilir. Yaqut Ağaşahqızı, “İki sahil”

Read More
Siyasət 

Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pislədi

Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib. Musavat.com xəbər verir ki, XİN bu barədə “X” hesabında yazıb. “Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır”, – məlumatda bildirilir. Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.

Read More
Siyasət 

İlham Əliyev Muhsin Şentürkü qəbul etdi – FOTO

Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib. Musavat.com xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib. Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib. Görüşdə…

Read More
Cəmiyyət 

Azərbaycanda bu şəxslərə ayda 120 manat VERİLİR – ŞƏRTLƏR

Əlilliyi müəyyən edilmiş hansı şəxslərə qulluq edənlərə aylıq ödəniş verilir? Qanunvericiliyə əsasən, orqanizm funksiyalarının 81-100 faiz bozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edənlərə 120 manat məbləğində Prezident təqaüdü təyin edilir. Azərbaycanda əlilliyi olan şəxsə baxana verilən ödəniş (qulluq haqqı) dövlət tərəfindən müəyyən olunur və məbləğ əlilliyin dərəcəsindən və vəziyyətdən asılıdır. Bəzi hallarda (uşaq və ya xüsusi ağır vəziyyət) məbləğ fərqli ola bilər. Bu məbləği almaq üçün hara müraciət etmək lazımdır? Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyə müraciət…

Read More
Cəmiyyət 

“Pulun varsa, haqlısan” dövrü bitdi? – “Bu qərar piyadalara siqnal olmalıdır…”

Son dövrlərdə Azərbaycan məhkəmələri tərəfindən çıxarılan qərarlar yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsində yeni bir səhifə açır. Uzun illər boyu formalaşmış “avtomobil yüksək təhlükə mənbəyidir, ona görə də sürücü hər bir halda məsuliyyət daşıyır” yanaşması, yerini hadisənin real texniki imkanlar və tərəflərin qarşılıqlı məsuliyyəti müstəvisində araşdırılmasına verir. Nizami və Binəqədi rayonlarında baş vermiş hadisələr üzrə çıxarılan qərarlar bu dəyişikliyin bariz nümunəsidir. Musavat.com xəbər verir ki, ötən il Binəqədi Rayon Məhkəməsinin ölümlə nəticələnən yol qəzasını əhatə edən qərarı ictimai rezonans doğuran bir presedent yaradıb. Qəza Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş vermişdi və 1 nəfərin…

Read More
Siyasət 

Prezident İlham Əliyev onları təltif etdi – SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant “Vətən uğrunda” medalı ilə Babayev Elmar Elxan oğlu – mayor İsmayılov Nicat Əbülfəz oğlu – mayor Quliyev Rüfət Qüdrət oğlu – mayor Mədətov Fərid Fikrət oğlu – mayor Babazadə Vaqif Elçin oğlu – kapitan Səmədov Mədət Fərzulla oğlu…

Read More