Siyasət 

İlham Əliyev xalqı təbrik etdi

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır. Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm…

Read More
Siyasət 

Onlara Dövlət Mükafatı verildi – ADLAR

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib: Elm sahəsi üzrə Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə; Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə; Mədəniyyət sahəsi üzrə Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri…

Read More
Siyasət 

Bu məhkəmələrə yeni sədr və hakimlər təyin edildi – SİYAHI

Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, apellyasiya məhkəmələri üzrə: Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri ağır cinayətlər məhkəmələri üzrə: Rəşad Şəmşir oğlu Əliyev – Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əyyub oğlu Əliyev – Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Fikrət Cilingir oğlu Hüseynov – Şirvan Apellyasiya Məhkəməsinin…

Read More
Siyasət 

Prezident İlham Əliyev Sərəncam İMZALADI

Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Banka Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, görülən işlər, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tövsiyə edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Maliyyə Nazirliyi Mərkəzi Bankla birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin…

Read More
Cəmiyyət 

Bu hallarda cərimələnəcəksiniz – SON DƏQİQƏ

Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə müzakirəyə çıxarılıb. Musavat.com bildirir ki, layihəyə əsasən, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən…

Read More
Sosial 

2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib

Milli Məclisin bugünkü plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bir sıra önəmli məsələlərdən bəhs edib. Musavat.com-un məlumatına görə, Z.Oruc deyib ki, hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır: “Postmodern dəyərlər sistemi, avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə…

Read More
Hadisə 

Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO

Paytaxt Bakıda kəskin dəyişən hava şəraiti səmada nadir və vahiməli mənzərənin yaranmasına səbəb olub. Şəhərə yağan güclü yağışdan sonra səmada adi buludlardan tamamilə fərqlənən qeyri-adi təbiət hadisəsi qeydə alınıb. Musavat.com NOCOMMENT.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və paytaxt sakinləri tərəfindən çəkilən görüntülərdə Bakı buxtası və şəhərin mərkəzi üzərində iki fərqli hava kütləsinin kəskin qarşıdurması aydın şəkildə əks olunub. Şəhərin bir hissəsində hava aydın səmti göstərsə də, digər tərəfdən paytaxtın üzərini sanki nəhəng bir dalğanı xatırladan, qaranlıq və qorxunc fırtına buludları örtüb.   Sakinlər tərəfindən maraqla qarşılanan bu mənzərə qısa müddətdə…

Read More
Siyasət 

İsxak Hersoq: Azərbaycan ilə İsrail bu mürəkkəb mühitdə sabitliyin iki lövbəri rolunu oynayır

İsrail Prezidenti İsxak Hersoq azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun! Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur. Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm.…

Read More
Siyasət 

Donald Tramp İlham Əliyevi təbrik etdi

ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “Müstəqillik Gününüz münasibətilə Sizi və əziz Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır. Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Birləşmiş…

Read More
Cəmiyyət 

İyunda bəzi rayonlarda 40 dərəcə isti olacaq – AYLIQ PROQNOZ

Bu ilin iyun ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.…

Read More