Cəmiyyət 

Mal ətindən daha dadlıdır, amma bu barədə az adam bilir

Bir çox insan mal ətinə, xüsusilə antrikot kimi məşhur hissələrə üstünlük versə də, aşpazların daha dadlı hesab etdiyi və daha çox kollagen ehtiva edən bir ət növü var. Söhbət qurmanların sevimlisi sayılan dana yanağından gedir. Mütəxəssislərin fikrincə, bu ət növü zərif teksturası və zəngin dadı ilə restoran mətbəxində xüsusi yer tutur. Bir neçə il əvvələ qədər dana yanağı əsasən yüksək səviyyəli restoranlarda istifadə olunurdu. Hazırda isə onu yaxşı qəssab dükanlarında tapmaq mümkündür, baxmayaraq ki, məhsul kifayət qədər bahalı sayılır. Bunun əsas səbəbi həm nadir olması, həm də hazırlanmasının zəhmət tələb…

Read More
Cəmiyyət 

Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var

Azərbaycanda qeydiyyatda olan ən yaşlı seçicinin 136 yaşı var. Musavat.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyasının bugünkü iclasında deyib. Onun sözlərinə görə, ölkədə ən yaşlı seçici olan Əzizova Tamam Əli qızının 136 yaşı var: “O, Lənkəran rayonu, 78 saylı Seçki dairəsi, 38 saylı seçki məntəqəsində qeydiyyatdadır. Kişilərdən isə ən yaşlı seçici Tovuz rayonu, 107 saylı Seçki dairəsi, 11 saylı seçki məntəqəsində qeydiyyatda olan 106 yaşlı Hacıyev Fərrux Səməd oğludur”. MSK sədri əlavə edib ki, ölkədə yaşı 100 və yuxarı olan seçilərin sayı 209 nəfərdir.

Read More
Cəmiyyət 

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək. Bu barədə cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.\\oxu.az

Read More
Cəmiyyət 

Deputat “arvad” sözünə qarşı çıxdı – “Ər-arvad” ifadəsi də dəyişəcək?

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov maraqlı təkliflə çıxış edib. Belə ki, deputat “arvad” anlayışı ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib. Deputat bildirib ki, qadınlar özlərinə bu formada müraciət olunmasını doğru hesab etmirlər: “Qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır. Münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o…

Read More
Cəmiyyət 

Bakıya düşən dolunun diametri 4 millimetr olub – RƏSMİ

Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən dolunun diametri 4 mm-dək qeydə alınıb. Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

Read More
Cəbhədən Xəbər 

Ödəniş edib əsgərliyə getmək istəməyənlərə MÜHÜM XƏBƏR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış qanunla məcburi olsa da, gələcəkdə müəyyən şərtlər daxilində ödəniş əsasında hərbi xidmətdən azadolma mexanizminin tətbiqi mümkün görünür. Türkiyə modelinə uyğun sistemin Azərbaycanda da tətbiqi yaxın illərdə gündəmə gələ bilər. Musavat.com xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib. “Hazırkı qanunvericilikdə vətəndaşın pul ödəyərək hərbi xidmətə getməməsinə imkan verən hər hansı norma yoxdur. Lakin alternativ xidmət haqqında qanunun hələ də tam qəbul edilməməsi bu istiqamətdə yeni dəyişikliklərin mümkünlüyünü gündəmdə saxlayır”. Ekspert bildirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən…

Read More
Cəmiyyət 

Normadan 300 faiz çox yağış – Azərbaycanda nə baş verir?

Hazırda Bakı, Abşeron yarımadası və Sumqayıtda müşahidə olunan leysan yağışları və dolu may ayı üçün xarakterik hesab edilmir. Son illər havaların qəfil dəyişməsi, intensiv yağıntılar və qeyri-sabit atmosfer şəraiti isə iqlim dəyişiklikləri ilə bağlı narahatlıqları artırır. Bəs mayın son günlərində müşahidə olunan bu kəskin hava şəraiti nədən xəbər verir? Mövzu ilə bağlı Musavat.com-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, meteorologiyada və təbiətdə bir qayda var: hər il eyni yağıntılar düşmür. Daim “bolsulu” və “qıt sulu” il anlayışları var. Bu il bolsulu ildir: “Bu illər bir-birini daim əvəz edir. Elə illər olur ki, heç…

Read More
Cəmiyyət 

Yağış və dolu minlərlə təsərrüfata zərər vurub – Fermerlər Aqrar Sığorta Fonduna axışır

Güclü yağışlar, dolu və sel-subasma hallarının kənd təsərrüfatına zərəri sürətlə artır. Musavat.com xəbər verir ki, yağıntılardan böyük zərər görən fermerlər kütləvi şəkildə Aqrar Sığorta Fonduna üz tuturlar. Fonddan verilən məlumata görə, güclü yağışların başladığı may ayı ərzində Aqrar Sığorta Fonduna ölkənin 19 rayonundan 3 mindən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub. Bunlar Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Yardımlı, Zaqatala, Ağsu və Qazax rayonlarını əhatə edir. Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan zərər müraciətləri 39 min hektar əkin sahəsi üzrə müqavilələri əhatə…

Read More
Cəmiyyət 

Bayram günlərində də yağış yağacaq?

“Mayın 27-si, 28-i və 29-u bayram günlərində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 27-si səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var”. Bunu Musavat.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, mülayim cənub-şərq küləyi əsəcək, 29-u axşam isə arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. “Havanın maksimal temperaturunun 23-28 dərəcə isti olacağı proqnozlaşdırılır. Bölgələrdə də əksər rayonlarda mayın 27-si və 28-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin 29-u axşam bəzi yerlərdə…

Read More
Cəmiyyət 

Yeni cərimələr gəlir

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirə olunub. Musavat.com bildirir ki, layihəyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir. Həmçinin, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr…

Read More