Rauf Vəliyev vəzifəsini niyə itirdi? — SENSASSİON DETALLAR
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırıldı. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb. Musavat.com “Yeni Sabah”a istinadən xəbər verir ki, sabiq sədrlə bağlı mətbuatda tez-tez şikayət və korrupsiya iddiaları dolaşdırdı. Şikayətlər əsasən, pul qarşılığında işə götürmə və işçilərin hüquqlarının tapdalanması ilə bağlı idi. Mətbuatda Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də R.Vəliyev susmağa üstünlük verirdi. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz…
Read More