Region Xəbərləri 

Su təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər davamlıdır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, işsizlik probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissələridir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə  geniş imkanlar yaratdı. Dövlət Proqramları çərçivəsində görülən işlər sırasında infrastruktur layihələrinin icrası xüsusi yer tutur. Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış…

Read More
Gündəm 

Bakı və Abşeronda su təsərrüfatı ilə bağlı yeni Dövlət proqramı təsdiqləndi

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı sularının sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təqdim olunub. Prezident müşavirədə çıxışı zamanı vurğulayıb ki, ölkənin sürətli inkişafı fonunda infrastrukturun, xüsusilə də su təsərrüfatının yenilənməsi zəruri məsələdir. Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasında əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunması, su itkilərinin azaldılması, həmçinin tullantı və yağış sularının idarə olunması sistemlərinin müasirləşdirilməsidir. Dövlət başçısı qeyd edib ki, bu proqram təkcə texniki yenidənqurma deyil, həm də əhalinin sağlam…

Read More
Gündəm 

Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinin simvolu

20 Yanvar 1990-cı il Azərbaycan tarixində faciəvi, eyni zamanda milli azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən gün kimi yadda qalmışdır. Həmin gecə Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Bakıya və respublikanın bəzi bölgələrinə yeridilən qoşunlar dinc əhaliyə qarşı ağır hərbi əməliyyat həyata keçirmiş, çoxsaylı insan tələfatına və dərin ictimai-siyasi sarsıntıya səbəb olmuşdur. Doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi islahatlar, mərkəzdənqaçma meyllərinin güclənməsi və milli azadlıq hərəkatlarının yüksəlişi Azərbaycanda da geniş ictimai…

Read More
Gündəm 

Azərbaycanın azadlıq salnaməsində qanla yazılmış səhifə – 20 Yanvar günü

Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Həmin Qanlı Yanvar hadisələrindən 36 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist…

Read More
Gündəm 

Ramazan ayı yaxınlaşır: Din adı ilə təhlükəli TƏBLİĞAT aparılır

Fevralın 19-dan etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. İlahi rəhmət, mənəvi saflaşma və özünüdərk ayı kimi qəbul edilən Ramazan insanları səbirə, bağışlamağa, xeyirxahlığa və qarşılıqlı anlayışa çağırır. Bu ay ərzində oruc tutulur, dualar edilir, ehtiyacı olanlara yardım göstərilir, mənəvi dəyərlər ön plana çəkilir. Ramazanın ən fəzilətli gecələri sayılan Qədr gecələri bu il martın 8-i, 10-u, 12-si və 16-na təsadüf edir. Müqəddəs ay isə Şəvval ayının 1-i və 2-də, martın 20–21-də qeyd olunacaq Ramazan bayramı ilə başa çatacaq. Lakin hər il Ramazan yaxınlaşdıqca bu müqəddəs dövrün ruhu…

Read More
Cəmiyyət 

Azərbaycana güclü soyuqlar gəlir – Bakıda hava BELƏ OLACAQ

Meteoroloqlar 2026-cı ilin qış mövsümünün bir çox regionlarda normadan daha soyuq keçəcəyini proqnozlaşdırır ki, bu da Bakıda da soyuq hava dalğalarının hiss olunacağı ehtimalını artırır. Musavat.com Severe Weather-ə istinadən xəbər verir ki, qlobal hava modellərinə görə, Stratosferik istiləşmə və Polyar Vorteksdəki qeyri-sabitlik Avropada soyuq hava kütlələrinin şərq və cənub istiqamətinə yayılmasına səbəb olacaq, bu da qitədə və qonşu regionlarda temperaturun kəskin aşağı düşməsinə gətirib çıxara bilər. Avropanın mərkəzi və şərq hissələrində soyuq hava artıq özünü göstərməkdədir və Arktika mənşəli soyuq hava kütlələrinin davam edəcəyi bildirilir, bu da qar yağışı və aşağı…

Read More
Hava 

Şənbə günü hava yağıntılı olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi…

Read More
Cəmiyyət 

Yas mərasimləri ilə bağlı ŞOK QƏRAR – Bu adətlər tam dəyişəcək

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu…

Read More
Sosial 

Pensiyalardakı artımla bağlı YENİ AÇIQLAMA – Fevral ayından…

“Azərbaycanda mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il əvvəlki ilin orta aylıq əməkhaqqının artım faizinə, pensiya kapitalı ilə ötən ilin inflyasiya sıviyyısinə uyğun olaraq indeksləşdirilir”. Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqında qeydə alınan artım faizi əsasında 2026-cı ildə pensiya məbləğlərinin də artırılması nəzərdə tutulur. İlkin proqnozlara əsasən, artım faizi təxminən 9,2 faiz təşkil edəcək: “Qeyd olunur ki, artımlar bütün növ əmək pensiyalarına şamil ediləcək. Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə…

Read More
Siyasət 

Prezidentdən Nadejda İsmayılova ilə bağlı sərəncam

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Nadejda Vasilyevna İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun Filologiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşünas fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər “Azərbaycanfilm” kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin “Azərtelefilm” YB-də işləyib. “Dalğa”, “Həftə plyus” “TV Kuryer”…

Read More