Yol polisi sürücülərə xəbərdarlıq etdi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, onları diqqətli olmağa, verilən tövsiyələrə əməl etməyə çağırır. Dumanlı, yağıntılı havalarda xüsusilə sürücülər aşağıdakı təhlükəsizlik tədbirlərinə mütləq əməl etməlidirlər:* Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz ara məsafəsi və…
Read More