Region Xəbərləri 

Etibarlı dövlət

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan bu gün bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan xüsusilə külək enerjisi və yaşıl hidrogen sahələrində rəqabətdə üstünlüyə malikdir. Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır. Dövlət başçısı İlham Əliyev hər…

Read More
Siyasət 

İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib – FOTOLAR

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Musavat.com xəbər verir ki, müşavirədə dövlətimizin başçısı çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün biz Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Bildiyiniz kimi, ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. Demək olar ki, əsas infrastruktur məsələləri öz…

Read More
Cəmiyyət 

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

Bakıda fəaliyyət göstərən “Pak Dad” restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb. Musavat.com “Yeni Sabah”a istinadla xəbər verir ki, iaşə obyektinin Koroğu Rəhimov (Abu Arena), Sarayevo (“Əhmədli” metrostansiyası), M.Qardaşları (“Torqovı”), A.M Şərifzadə küçələri, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır. Restoranların daxil olduğu “Pakdad 2008” MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil. MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi. Qeyd edək ki, eyni tarixdə Ş.Babaşovun daha 2 şirkəti, (“Hacıqabul Quşçuluq” MMC və “Coffee Service” MMC) özünü ləğv etdiyini açıqlayıb.

Read More
Siyasət 

Prezident şad xəbəri açıqladı

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. “Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim…

Read More
Gündəm 

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır. – Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beşillik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz? – Azərbaycanda həyata keçirilən media islahatlarının beşillik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin…

Read More
Siyasət 

Prezident: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.

Read More
Siyasət 

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir

Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. “İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. “Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More
Sosial 

Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb – Prezident İlham Əliyev

Bu gün Azərbaycanda əhalinin qazlaşma səviyyəsi 96 %-ə çatıb. “İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib. “Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 %-i bu gün təbii qazla təchiz edilib”, – İlham Əliyev qeyd edib. Dövlət başçısı vurğulayıb ki, bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir: “Çünki…

Read More
Hava 

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Read More
Hava 

Temperatur 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi…

Read More