Sosial 

Pensiya ödənişi başa çatdırılıb – Naxçıvanda

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının pensiya ödənişi başa çatdırılıb. “İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təqaüddə olanlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More
Cəmiyyət 

Naxçıvanda qar örtüyünün hündürlüyü 37 santimetrə çatır

Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, dünən gecə saatlarında Parağaçay Qar Uçqunu Stansiyası ərazisində qar yağması qeydə alınıb, nəticədə təzə qarın hündürlüyü 3 santimetr təşkil edib. Hazırda həmin ərazidə yağıntı davam edir. Kükü kəndində yeni yağan qarın hündürlüyü 8, ümumi qar örtüyünün qalınlığı isə 25 santimetrə çatıb. Biçənək kəndində səhər saatlarından zəif qar yağmağa başlayıb. Təzə yağan qarın hündürlüyü 2, ümumi qar örtüyünün qalınlığı isə 37 santimetr təşkil edir.

Read More
Cəmiyyət 

Alyona Əliyeva sığınacaq və sosial reabilitasiya müəssisəsindən paylaşım edib

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsini ziyarət ediblər. Alyona Əliyeva bu barədə rəsmi “Instagram” hesabında paylaşım edib. “İki sahil” həmin paylaşımı təqdim edir:  

Read More
Cəmiyyət 

Arzu Əliyeva sığınacaq və sosial reabilitasiya müəssisəsindən paylaşım edib

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsini ziyarət ediblər. Arzu Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. “İki sahil” həmin paylaşımı təqdim edir:    

Read More
Cəmiyyət 

Kərə yağı bahalaşacaq? – VİDEO

Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Belə ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb. Paytaxt marketlərində aparılan araşdırma nəticəsində məlum olub ki, hazırda kərə yağının qiymətində ciddi artım müşahidə olunmur. Milli.Az xəbər verir ki, mövcud satış qiymətləri barədə məlumat verən satıcı bildirib: “Qiymətlər 4-5 ay əvvəl qalxmışdı. Alıcılar daha çox Yeni Zelandiya və yerli istehsal olan məhsullara üstünlük verirlər. Hazırda kərə yağının qiyməti 14 manatdan başlayaraq 30 manata qədər dəyişir”. Kərə yağı Azərbaycanda istehlak səbətinə daxil olan əsas…

Read More
Cəmiyyət 

Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar – VİDEO

Baku TV-nin “O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Biləsuvar sakini Akif Kazımov olub. O, Biləsuvarın toy adətlərindən söz açıb: “Əvvəllər toylar oktyabr ayından başlayaraq marta qədər davam edərdi. Yayda toy etməzdilər. Həmin fəsildə hamı işləyər, pul yığardı. O vaxtlar toyda pul yazdırmaq adəti yox idi. Hamı məclisə şabaş salardı. Gəlini isə əsasən valideynlər seçərdi. Bəzən də oğlan qızı bəyənib qaçırardı”. Akif Kazımov həmçinin o vaxtların qohumluq və qonşuluq münasibətlərindən bəhs edib: “Keçmişdə insanlar daha mehriban idilər. Onlar bir-birlərinə kömək edər, dəstək olardılar. İndi isə zəmanə dəyişib. İnsanlar arasında paxıllıq artıb. Telefonlar…

Read More
Hava 

Bakıya qar yağacağı tarix açıqlandı

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq. Yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir. Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək. Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir. (Baku.ws)

Read More
Cəmiyyət 

Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır – FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə- Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir. Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi…

Read More
Cəmiyyət 

Bakıda bu taksi şirkəti bağlanır

“A TAKSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib. Musavat.com Banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər. Qeyd edək ki, MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Elmixan Mehtiyevdir.

Read More
Hava 

Bu rayonlara qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə – Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır. Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir. Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500…

Read More