Gündəm 

Baş nazir qərar imzaladı

A SƏHİFƏ ARXİV QƏZET Kontaktlar  AZ  RU Onlayn ictimai-siyasi Baş mir armaturlar və şüşə listlər üçün gömrük yığımları müəyyənləşib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq bəzi məhsullar üçün gömrük yığımlarının tətbiq ediləcək. Belə ki, 7213 və 7214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın (dəmir armaturlar) 1 tonu üçün – 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq edilir.

Read More
Cəmiyyət 

Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu…

Read More
Hava 

Bakıda bu tarixdə əsl qış şaxtası olacaq – Gecə 4° soyuq

Bakıda və Abşeron yarımadasında yanvarın 17-dən havanın temperaturu 0° -yə düşəcək. Yanvarın 17-də gecə hava 0° -yə enəcək. Yanvarın 18-i, 19-u və 20-də gecə müvafiq olaraq havanın temperaturu, -1, -2 və -4 dərəcəyə düşəcək. Yanvarın 19-u və 20-də isə Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 0 ° təşkil edəcək. (baku.ws)

Read More
Hadisə 

Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü

Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan hərbi qulluqçu İsmayıl Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Hazırda şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır. Qeyd: Hadisə 2025-ci il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda küçədə baş verib. İttihama görə, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb. Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan İsmayıl İbrahim oğlu Allahverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə),…

Read More
Hadisə 

9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ““İki sahil”ə verilən məlumata görə, tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Read More
Dünya 

56 ilin ən şiddətli qarı yağdı

Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub. Lent.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib. O bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununla da 1970-ci ilin rekordu qırılıb. Məlumata görə, bu göstərici ortaaylıq rəqəmin 42%-ni təşkil edir.

Read More
Siyasət 

“İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı…”

“Azərbaycan Prezidenti İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalıb. Dövlətimizin başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın davamlı inkişaf modelinə sadiqliyini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və yaşıl enerji strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini aydın şəkildə ortaya qoyub”. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Səbinə Salmanova bildirib. Deputatın sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib: “Enerji sahəsində həyata keçirilən islahatlar da məhz bu strateji məqsədlərə xidmət edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji…

Read More
Hava 

TƏCİLİ! Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 11-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun…

Read More
Hadisə 

SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu

Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ olub. Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Read More