Hava 

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Musavat.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Gündəm 

Prezidentin orden verdiyi Anar İsgəndərov kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın tanınmış tarixçi alimi, professoru və Milli Məclisin deputatı Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. Musavat.com Anar İsgəndərovun dosyesini təqdim edir: Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun illər elmi araşdırmalarla məşğul olub, tarix elmləri namizədi və tarix elmləri doktoru elmi dərəcələrini alıb. O, hazırda Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərir və “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasına rəhbərlik edir. Elmi tədqiqatları əsasən Azərbaycanın XX…

Read More
Təhsil 

Növbə universitetlərə çatdı – Nazirin o ÇAĞIRIŞI…

Son illər ölkədə təhsil sistemində, xüsusilə də orta məktəblərdə bir sıra problemlər davamlı şəkildə müzakirə obyektinə çevrilməkdədir. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcək kifayət qədər sərt, rəqabətli illər olacaq, qeyri-müəyyənliklər olacaq. Onun sözlərinə görə, ali təhsil müəssisələri bu istiqamətdə rəqabətə hazır olmalıdır. Nazir vurğulayıb ki, inkişafın əsas təməli rəqabətdir və ali təhsil müəssisələri dünyada rəqabət aparırlar: “Azərbaycanın təhsil sistemi qapalı deyil. Digər vacib məqam əməkdaşlıqdır. Xüsusilə elm və təhsildə əməkdaşlıq olmalıdır. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, heç bir ali təhsil müəssisəsi özü-özlüyündə inkişaf…

Read More
Cəmiyyət 

Nəsimi Nəbizadə “Torqovı”dakı restorandan qaçıbmış” – Direktordan hadisənin təffərrüatıVİDEO

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən uzaqlaşdığı iddia olunur. Musavat.com-un məlumatına görə, bu barədə reabilitasiya mərkəzinin rəhbərliyi açıqlama verib. Bildirilib ki, bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən Nəsimi Nəbizadə müalicədən imtina edərək mərkəzdən ayrılıb. Məlumata əsasən, aparıcı gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazini tərk edib. Reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov hadisənin təfərrüatlarını açıqlayıb. O bildirib ki, N. Nəbizadə Bakının mərkəzində – “Torqovı” adlanan ərazisində yerləşən restorandan uzaqlaşıb: “Bu gün bizim üçün çox ağır gündür. “Qurtuluş” ailəsi olaraq ciddi itki yaşamışıq. Nəsimi…

Read More
Cəmiyyət 

Yayılan virusa görə məktəblər bağlana bilər? – MÜTDA-dan AÇIQLAMA

Son günlər ölkədə qrip və kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur. Xüsusilə uşaqlar arasında yoluxma hallarının artması valideynləri narahat edir. Publika.az xəbər verir ki, övladı virusa yoluxan valideynlərdən biri vəziyyəti belə şərh edib: “Üç yaşlı qızım hazırda virusa yoluxub. Bir həftədir ki, bu virusla mübarizə aparırıq. Qızdırma salan və öskürəyə qarşı dərmanlardan istifadə edirik”. Xəstəliyin müddəti barədə danışan başqa bir sakin isə bildirir ki, uşaqlarda əsasən qızdırma halları müsahidə olunur: “Bacım qızı bu xəstəliyə yoluxmuşdu, çalışdıq ki, tez bir zamanda sağalsın. Üç-dörd gün qızdırması oldu, daha sonra dərmanlar vasitəsilə bir…

Read More
Hava 

Bu gün bəzi rayonlara intensiv qar yağacaq – PROQNOZ

Bakıda yanvarn 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yacağacaq. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə…

Read More
Hadisə 

Elşad Xose həbs edildi – SƏBƏBİ…

Məşhur reper Elşad Xose həbs edilib. “İki sahil” Qaynarinfo-ya istinadla xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub. Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Read More
Cəmiyyət 

Leyla Əliyeva Əzizə xalanın mətbəxindən video paylaşdı

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkə hesabında Əzizə Rəmixanovanın mətbəxindən yeni görüntülər paylaşıb. Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.

Read More
Cəmiyyət 

Hirkan Parkı gözəlidir parkların…

Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Talış dağların ətəyində, təbiətin gözəl bir guşəsində qərar tutub. Lənkəran, Astara və Lerik inzibati rayonlarının ərazisini əhatə edir. Azərbaycanın ən qədim qoruqlardan sayılan bu park Prezident İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı əsasında yaradılıb. Onu da bəri başdan deyim ki, özünəməxsus meşə və dağ meşə landşaftı ilə seçılın milli parkın NESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında verilib. Milli park əvvəlcə 21 min hektar olub, getdikcə onun sahəsi təxminə 41 min hektara çatdırılıb. Ərazisinin çox…

Read More
Hava 

Rayonlarda yağıntı intensivləşəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Read More