Cəmiyyət 

BDYPİ sürücülərə çağırış etdi

Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd edilib ki, belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır. “Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur”, – məlumatda…

Read More
Gündəm 

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər. “İki sahil” xəbər verir ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır. Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur. Prezident İlham Əliyev…

Read More
Siyasət 

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Milad bayramı günündə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm!”

Read More
Cəmiyyət 

Ötən il 46 nəfər sirkə turşusu və dərman zəhərlənməsindən ölüb

Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib. Musavat.com xəbər verir ki, müalicə tədbirləri nəticəsində 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan dərmanından (rodentisid), 1 nəfəri həşərat dərmanından, 352 nəfəri sirkə turşusundan,8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhlullardan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvi birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft…

Read More
Cəmiyyət 

Dumanlı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

A SƏHİFƏ ARXİV QƏZET kıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşıb. Musavat.com xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir: “Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

Read More
Siyasət 

Azərbaycan ilə İordaniya arasında 2025-2027-ci illər üçün İcraedici Əməkdaşlıq Proqramı təsdiqlənib  FƏRMAN

2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiqlənib. “İki sahil” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi isə Proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, İcraedici…

Read More
Siyasət 

Prezident aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib. “İki sahil” xəbər verir ki, dəyişiklik “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun icrası ilə əlaqədardır. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb. Dəyişiklikdə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.

Read More
Təhsil 

Məktəblərdə 5 gün dərs olmayacaq

Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq. Musavat.com xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.

Read More
Təhsil 

Şagird yerdəyişməsi DAYANDIRILIR

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil…

Read More
Cəmiyyət 

Azərbaycanlıları 13 qeyri-iş günü gözləyir: Mart tətil ayına çevrilir

2626-cı ilin mart ayı Azərbaycanda istirahət baxımından ilin ən rahat dövrlərindən biri olacaq. Rəsmi bayramların, həftəsonlarının və əlavə istirahət günlərinin üst-üstə düşməsi nəticəsində ay ərzində ümumilikdə 13 qeyri-iş günü formalaşacaq. Musavat.com xəbər verir ki, yayılan məlumata görə, martın 8-i – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 9 mart da qeyri-iş günü elan olunacaq. Novruz və Ramazan: uzun fasilə yaranır Mart ayının əsas istirahət yükü isə Novruz və Ramazan bayramları ilə bağlıdır. Rəsmi təqvimə əsasən: • 20, 21, 22, 23 və 24 mart – Novruz bayramı…

Read More