Dünya 

Türkiyə Prezidenti: F-35 proqramına yenidən qoşulmalıyıq

Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə yazılı müsahibəsində danışıb. O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını “ədalətsiz” adlandırıb. “ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ üçün, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir”.**report.az

Read More
Hava 

Yanvarın 6-da havanın temperaturu dəyişəcək

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilbi ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 9-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,…

Read More
Cəmiyyət 

Novruz çərşənbələrinin TARİXLƏRİ BİLİNDİ

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. Bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.

Read More
Siyasət 

Prezident ABŞ nümayəndə heyətini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir. Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər. Qonaqlar ötən ilin avqustunda Azərbaycanla…

Read More
Siyasət 

İlham Əliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək

Azərbaycan Prezidenti İlham Əliyev regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bunu yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən deyib. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.

Read More
Siyasət 

İlham Əliyev Trampın 907-ci düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirdi

Prezident İlham Əliyev Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”na düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlətimizin başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Read More
Siyasət 

Azərbaycan – ABŞ münasibətləri müzakirə olundu

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub Musavat.com xəbər verir ki, qəbul zamanı siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Read More
Gündəm 

Azərbaycanda kərə yağı ehtiyatı 200 dəfəyə yaxın artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır. Dekabrın 1-nə ölkədə 179,6 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 199,6 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Read More