Gündəm 

Azərbaycanda duru bitki yağları istehsalı azalıb, marqarin istehsalı isə artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 ton duru bitki yağları istehsal edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır. Hesabat dövründə Azərbaycanda həmçinin 46 min 537,8 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur. Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min 537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 41,3 % və 5,6 % azdır. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Read More
Gündəm 

Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 137,727 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. “İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçinin 12,569 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 31,1 % çoxdur. Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,65 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib. Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 %…

Read More
Gündəm 

Azərbaycanda kolbasa istehsalı 4 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 29 min 082,2 ton kolbasa məmulatları istehsal edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 % çoxdur. Dekabrın 1-nə ölkədə 18,6 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə azdır. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Read More
Gündəm 

Marketlərdə İndoneziya və Malayziyanın palma yağı – təhlükə…

Ekspert deyir ki, palma yağı zərərli olsa da, baha satılır 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana ümumilikdə 42 min 465,69 ton palma yağı və onun fraksiyaları idxal olunub. İdxalın ümumi dəyəri 58 milyon 428,65 min dollar təşkil edib. Hesabat dövründə ölkəyə 41 min 026,5 ton xam palma yağı və onun fraksiyaları gətirilib. Bunun 35 min 768,77 tonu İndoneziyadan, 5 min 257,73 tonu isə Malayziyadan idxal olunub. Bundan başqa, digər palma yağı və onun fraksiyaları üzrə idxal 1 439,19 ton təşkil edib. Bu məhsulların 746,94 tonu Rusiyadan (1 milyon 182,94 min dollar),…

Read More
Cəmiyyət 

Prezident nəvələri ilə Şahdağda xizək sürdü – FOTOLAR

Prezident İlham Əliyev ailəsi ilə Şahdağa gedib. Musavat.com xəbər verir ki, dövlət başçısının Şahdağa səfəri ilə bağlı görüntüləri nəvəsi Əli Ağalarov paylaşıb. Fotolarda Prezident İlham Əliyev, qızı Leyla Əliyeva və ailə üzvləri yer alır. Əli Ağalarov paylaşdığı şəkillərə “Bu gün babamla xizək sürdük” qeydini əlavə edib. Həmin görüntüləri təqdim edirik:  Şahanə Rəhimli Musavat.com

Read More
Sosial 

“Azəristiliktəchizat” Bakıda bu binanın sakinlərinə “toy tutur”

Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi, ev 68 ünvanında yaşayan sakinlər iki gündür istiliksiz qalıblar. Binada yerləşən 60 mənzilin sakinləri bayram günlərini soyuq evlərdə keçirməyə məcbur olublar. Bina sakini Elxan Hüseynli Musavat.com-a müraciət edərək bildirib ki, problemin aradan qaldırılması üçün dəfələrlə “Azəristiliktəchizat” ASC-nin qaynar xəttinə zəng edilsə də, nəticə olmayıb: “Artıq iki gündür evlərdə istilik yoxdur. Mənzillərdə azyaşlı uşaqlar var. Bayram günüdür deyə zənglərimizə cavab verən də tapılmır. Kimə müraciət edəcəyimizi bilmirik. Heç kim bizimlə maraqlanmır. İstiliyi niyə kəsiblər, səbəbini də açıqlayan yoxdur”. Sakinlərin sözlərinə görə, havaların soyuq keçdiyi bir vaxtda istiliyin…

Read More
Hava 

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
İSLAM 

Azərbaycanda Ramazan ayı BU TARİXDƏ BAŞLAYIR

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. Martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. (Report)

Read More
Siyasət 

“Prezidentin bu mövqeyi xəbərdarlıq xarakteri daşıyır” – MÜHÜM AÇIQLAMA

“Prezident İlham Əliyevin Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi “hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir” fikri sözügedən istiqamətdə Azərbaycan dövlətinin sistemli, ardıcıl mövqeyini ifadə edir. Bu bəyanat Azərbaycan dövlətinin milli kimlik məsələsinə yanaşmasının hüquqi və siyasi çərçivəsini də açıq şəkildə ortaya qoyur”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. Millət vəkilinin sözlərinə əsasən, dövlət başçısının bu mövzuda çıxışlarının ardıcıllığı göstərir ki, bu mövqe hadisələrə situativ reaksiyadan irəli gəlmir: “Prezident İlham Əliyev əvvəlki illərdə də, xüsusilə Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında etnik mənsubiyyətə görə təzyiq, ayrı-seçkilik və…

Read More
Cəmiyyət 

Azərbaycanın ən gənc naziri odur – FOTO

Son 10-12 ildə Azərbaycan hakimiyyətində gəncləşmə prosesi gedir. Yaşlı məmurları gənc və perspektivli kadrlar əvəzləyir. Azərbaycanın ən gənc naziri Vüqar Mustafayevdir. O, 37 yaşında müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub. 39 yaşını yenicə tamamlamış nazirlə bağlı məlumatları təqdim edirik: Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib. V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim…

Read More