Cəmiyyət 

Bayram günləri ilə bağlı VACİB MƏLUMAT: Qrafik AÇIQLANDI

31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və Azərpoçt MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış…

Read More
Cəmiyyət 

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu – RƏSMİ

Elim və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib. Musavat.com xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq institutdan bildirilib. Qeyd olunub ki, Riyaziyyat İnstitutuna hazırda texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. O, bu vəzifəni hələlik müvəqqəti yerinə yetirir. M.Mərdanov isə həmin instutun elmi işçisidir. “Vahid Riyaziyyat İnstitutunun yaradılması ilə bağlı təşəbbüs 2022-ci ildən irəli sürülüb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalasa da, yeni institutun formalaşması zaman alacaq. Riyaziyyat…

Read More
Siyasət 

Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar. Musavat.com xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.

Read More
Cəmiyyət 

Qaz limiti ilə bağlı VACİB AÇIQLAMA – RƏSMİ

İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. Musavat.com xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də “smart-kart” tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək: “Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”. E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir: “Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”. O, qeyd…

Read More
Cəmiyyət 

Böyük Qayıdış: Bu il 29 yaşayış məntəqəsinə köç olub

Bu il Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 29 yaşayış məntəqəsinə – 7 şəhər, 19 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi bu il ərzində ardıcıl və planlı şəkildə həyata keçirilib. Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı,…

Read More
Hava 

Bu tarixdə meteor yağışı olacaq – Bakıdan da görünəcək

Gələn il yanvarın əvvəlində astronomik hadisə – Kvadrantid meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Musavat.com-a verilən məlumata görə, meteor yağışı 2025-ci il dekabrın 12-dən 2026-cı il yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi saat 03:00 radələrində gözlənilir. Məlumata görə, meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün…

Read More
Region Xəbərləri 

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.

2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə regionda deyil, dünya miqyasında idman ölkəsi kimi tanınır. Qazanılan uğurlar, yaradılan imkanlar və qarşıya qoyulan hədəflər güclü dövlət siyasətinin məntiqi nəticəsidir. Bu il idmançılarımız beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq tarixə düşən nəticə əldə ediblər. Bu rəqəmlər sadəcə statistika deyil – bu, minlərlə gəncin əzmi, məşqçilərin zəhməti və dövlətin ardıcıl qayğısının təcəssümüdür. Medalların sayının ildən-ilə artması idmanın inkişafının davamlı və dayanıqlı olduğunu göstərir. Azərbaycanda…

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub. “İki sahil” xəbər verir ki,  Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər. Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatıb.

Read More
Sosial 

Leyla Əliyeva “Euronews”a IDEA-nın fəaliyyətindən danışıb

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədilə yaradılıb. “İki sahil” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews”a müsahibəsində bildirib. Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb. “Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkə təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə…

Read More