Cəmiyyət 

Dekabr güclü maqnit qasırğası ilə başladı

Dekabrın 1-dən 5-dək geomaqnit aktivliyinin artması gözlənilir və həm insan rifahına, həm də avadanlıqların işinə təsir göstərə biləcək maqnit qasırğaları baş verə bilər. Hava şəraitinə həssaslar və xroniki xəstəlikləri olanlar xüsusilə diqqətli olmalıdırlar. Həftənin hansı günlərinin təhlükəli ola biləcəyini, kimin risk altında olduğunu və maqnit qasırğalarının orqanizmə təsirini necə azaltmaq lazım olduğunu təqdim edirik: Dekabrın 1-dən 5-dək maqnit qasırğası proqnozu Kosmik proqnozlara görə, dekabrın ilk günləri artan geomaqnit aktivliyi ilə yadda qalacaq. 1 dekabr, bazar ertəsi – orta aktivlik, Kp-4 2 dekabr, çərşənbə axşamı – qasırğa güclənməyə başlayacaq və axşam Kp-5-ə çatacaq…

Read More
Dünya 

Minlərlə uçuş dayandırılıb- BU ÖLKƏDƏ…

ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən ən azı 8 min aviareys ləğv edilib və ya gecikib. Bu barədə CBS News ixtisaslaşmış FlightAware portalına istinadən məlumat yayıb. Portalın məlumatına görə, yalnız 30 noyabr tarixində 7 460 uçuş gecikib, daha 664 uçuş isə tamamilə ləğv edilib. Meteoroloqlar bundan əvvəl ABŞ-ın bir neçə ştatında qar və güclü soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdilər. CBS News-un məlumatına əsasən, ən çox gecikmə və ləğvlər Boston (Massaçusets), Detroyt (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York və Çikaqo (İllinoys) hava limanlarında qeydə alınıb./Ajans.az

Read More
Cəmiyyət 

Kimlər orqan donoru olmağa razıdır? – Tanınmışlardan gözlənilməz AÇIQLAMALAR

Son vaxtlar bir neçə tanınmış həkimin nümunə göstərərək öz orqanlarının ölümündən sonra transplantasiya olunmasını istəməsi cəmiyyətdə geniş müzakirə yaradıb. Tanınmış anestezioloq-reanimatoloq, uzman doktor Turanə Rəsulovanın könüllü olaraq orqan donoru kimi qeydiyyatdan keçdiyi bildirilir. (Bakupost) Həkim bununla bağlı rəsmi sənədləri imzalayıb və beyin ölümü baş verəcəyi halda onun orqanlarının digər insanların həyatını xilas etmək üçün istifadə olunmasına razılıq verib. Turanə Rəsulova bu addımını humanist dəyərlərlə əsaslandırıb. Bundan əvvəl Yeni Klinikanın direktoru, nefroloq Barat Yusubov da ölümündən sonra orqanlarının başqa insanlara köçürülməsinə razılıq verib. O, bütün orqanlarını bağışladığını açıqlayıb. Yaxın günlərdə isə Azərbaycanda ilk…

Read More
Siyasət 

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Musavat.com fərmanın mətnini təqdim edir: 1. 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan…

Read More
Cəmiyyət 

Azərbaycanda yeni sığorta növü yaradılır: Bu şəxslər istifadə edə biləcəklər

Azərbaycanda kənd təsərrüfatı sektorunda quraqlıq risklərinin sığortalanması istiqamətində yeni mexanizm hazırlanır. Aqrar Sığorta Fondunun müşaviri Rəvan Səmədlinin sözlərinə görə, fermerlərin ən çox üzləşdiyi və təsərrüfata ciddi zərər vuran əsas təhlükələrdən biri məhz quraqlıqdır. Onun sözlərinə görə, məsələ ilə bağlı Fonda artıq çoxsaylı müraciətlər daxil olur və sahədə xüsusi sığorta mexanizminə ehtiyacın yüksək olduğu müşahidə edilir. Maraqlıdır, hazırlanan yeni quraqlıq sığortası fermerlərin gözləntilərini hansı səviyyədə qarşılaya biləcək? Məsələ ilə bağlı News24.az-a danışan sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hazırda Aqrar Sığorta Fondu əkinçiliklə bağlı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, şaxta…

Read More
Gündəm 

Bu şəxslərə ŞAD XƏBƏR: Erkən pensiyaya çıxa biləcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişikliklə bağlı izah verib. Musavat.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir. Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün…

Read More
Cəmiyyət 

Taksi sürücülərinin nəzərinə

Dekabrın 2-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahanda iştirak etmək üçün 1 710 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50, TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş., H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan bir saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin növbəti gün…

Read More
Cəmiyyət 

Bakıda bu avtobus da yeniləndi: Gediş haqqı…

akının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir. Musavat.com xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məlumata əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib. Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan “Yutong” markalı avtobus sərnişinlərə xidmət göstərəcək. Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gediş haqqı 0,60 manat təşkil edəcək, ödənişlər nağdsız…

Read More
Cəmiyyət 

İsmayıllı meşələri talan olunur – Direktor müavininin adı yeni qalmaqalda – VİDEO

İsmayıllı meşələrində aparılan ağac “soyqırımı” yenidən ciddi narazılıq doğurub. Son günlər sosial şəbəkələrdə ard-arda yayılan görüntülər bölgədə uzunillik, iriçaplı ağacların kəsildiyini açıq şəkildə göstərir. Musavat.com xəbər verir ki, yayılan informasiyalarda bu qanunsuzluqlara görə məsuliyyət birbaşa Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovun üzərinə qoyulur. Əfqan Qəribov adı son illər ekologiya sektorunda müxtəlif qalmaqallarla hallanan məmurlardandır. O, Şahdağ Milli Parkına təyin edilməzdən əvvəl Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəhbəri olub. Həmin dövrdə onun fəaliyyəti ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər daxil olub və məsələ Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi…

Read More
Cəmiyyət 

Pensiya alanlara ŞAD XƏBƏR – Bundan sonra…

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na edilən son dəyişikliklər konkret olaraq…

Read More