Cəmiyyət 

İsmayıllı meşələri talan olunur – Direktor müavininin adı yeni qalmaqalda – VİDEO

İsmayıllı meşələrində aparılan ağac “soyqırımı” yenidən ciddi narazılıq doğurub. Son günlər sosial şəbəkələrdə ard-arda yayılan görüntülər bölgədə uzunillik, iriçaplı ağacların kəsildiyini açıq şəkildə göstərir. Musavat.com xəbər verir ki, yayılan informasiyalarda bu qanunsuzluqlara görə məsuliyyət birbaşa Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovun üzərinə qoyulur. Əfqan Qəribov adı son illər ekologiya sektorunda müxtəlif qalmaqallarla hallanan məmurlardandır. O, Şahdağ Milli Parkına təyin edilməzdən əvvəl Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəhbəri olub. Həmin dövrdə onun fəaliyyəti ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər daxil olub və məsələ Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi…

Read More
Cəmiyyət 

Pensiya alanlara ŞAD XƏBƏR – Bundan sonra…

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na edilən son dəyişikliklər konkret olaraq…

Read More
Gündəm 

Rusiyanın dörd ölkəni hədəfə almış “çevriliş ssenarisi”: Azərbaycan postsovet məkanını böyük fəlakətdən qurtardı

Rusiyaya bağlı qüvvələrin Azərbaycanda hakimiyyət çevrilişi cəhdləri növbəti dəfə  iflasa uğradıldı, indi bu dövləti cinayətin iştirakçılarının hüquqi məsuliyyətə cəld edilmə prosesi davam edir… “Milyarderlər İttifaqı” avantürasında olduğu kimi, “Dövlət Şurası” oyununda da AXCP-nin iştirakı hər iki cəhdin bir-birinin davamı olduğunu göstərir, Azərbaycanda Rusiyaya bağlı şəbəkənin təmizlənmə prosesi artıq intensiv xarakter daşıyır… ABŞ və Qərbin Rusiya ilə ənənəvi xarakter daşıyan onilliklər boyu davam edən qarşıdurmasının nəticələri adətən, dünyanın müxtəlif bölgələrində ortaya çıxır. Xüsusilə də, keçmiş SSRİ-nin süqutundan sonra bu proses daha da intensivləşməklə yanaşı, əsasən, məhz postsovet məkanı üzərində fokuslaşıb. Müxtəlif…

Read More
Cəmiyyət 

Azərbaycanın Səhiyyə Nazirliyində Türkiyənin səfiri ilə görüş keçirilibFOTO

Azərbaycanın Səhiyyə Nazirliyində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin, dostluq və qardaşlıq münasibətlərin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb: “Azərbaycan ilə Türkiyə arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir”. Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb: “Ankarada keçirilən XI…

Read More
Gündəm 

Belə bir Liderə necə dönük çıxmaq olar?!

Onda hələ Qarabağ işğalda idi. Bu, o zamanlar idi ki, hansı ölkəyə səfər edirdiksə – bu səfərlər də əsasən Qarabağa ədalət, Azərbaycan həqiqətlərinin yayılmasına həsr olunmuş tədbirlərlə əlaqədar olurdu – Azərbaycandan olduğumuzu bilənlərin tənəli, ironik baxışlarından yayına bilmirdik. Düzdür, etika naminə, qonaq olduğumuz üçün nisbətən ehtiyatlı davranırdılar, amma elə baxışları ilə də “bir ovuc erməninin” (onların düşüncəsinə görə) əlindən torpaqlarını ala bilməyən ölkənin vətəndaşı olaraq yanaşırdılar bizə. Ən təsirlisi bilirsiniz nə olmuşdu? Şeyx Səfi məqbərəsini ziyarət edib geri qayıdarkən Ərdəbildən olan ağsaqqalardan birinin “niyə gedib torpağınızı azad etmirsiniz”, deyərək tənəli…

Read More
Region Xəbərləri 

Xankəndidə orta məktəbdə “Laçın işğaldan azad olundu ” adlı tədbir keçirilib- FOTO

  Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə Laçın işğaldan azad edilməsi münasibətilə təntənəli tədbir təşkil olunub. Məktəb kollektivinin iştirakı ilə keçirilən tədbir Vətənimizin qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri kimi dəyərləndirilib. Tədbirin aparıcısı, məktəbin 4-cü sinif şagirdi Leyla Adıgözəlova çıxışında bildirib ki, Laçının təkcə bir bölgənin deyil, bütün Azərbaycan xalqının birliyinin, iradəsinin və əzminin rəmzidir. O vurğulayıb ki, Laçının yenidən dirçəlişi xalqımızın milli ruhunun və vətənə sədaqətinin bariz nümunəsidir. Tədbirdə Laçının tarixi, şəhərin azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsi, bölgənin yenidən qayıdışı və müasir inkişaf mərhələsi xüsusi…

Read More
Dünya 

Şri-Lanka HHQ-yə məxsus helikopter xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb

Şri-Lanka Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopter “Ditva” tropik qasırğasının təsirinə məruz qalan adada xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb, pilot həlak olub. “Report”un məlumatına görə, bu barədə HHQ-nin açıqlamasında bildirilib. Qəza yardım çatdırılması və daşqın bölgələrindən insanların təxliyəsi üçün cəlb olunan helikopterin növbəti uçuşu zamanı baş verib. Pilot xəsarətlərlə xəstəxanaya aparılsa da, sonradan orada dünyasını dəyişib. Helikopterdə olan daha dörd nəfər yaralanıb. Güclü tropik siklon olan “Ditva” Şri-Lankada daşqınlara və dağıntılara səbəb olub. Ölkə hakimiyyəti fövqəladə vəziyyət elan edib.

Read More
Dünya 

“Reuters”: Trampın bəyanatına baxmayaraq, Venesuelanın hava məkanı açıqdır

Rəsmi Vaşinqton ABŞ Prezidenti Donald Trampın Bolivar Respublikasının hava məkanının bağlanması ilə bağlı açıqlamalarına baxmayaraq, Venesuela səmasını rəsmi şəkildə pilotsuz zona elan etməyib. “Report” xəbər verir ki, bu barədə “Reuters”a amerikalı rəsmilər məlumat verib. Agentliyin mənbələri bildiriblər ki, hərbi qüvvələr tərəfindən Venesuela üzərində hava məkanının bağlanması ilə bağlı hər hansı addımdan xəbərsizdirlər. Pentaqon və Ağ Ev “Reuters”in sorğularına cavab verməyib. Bundan bir gün əvvəl Donald Tramp “Venesuela səmasının bağlanacağını” demişdi. Karakas bu sözləri əsassız aqressiya adlandırıb və daha sonra altı böyük beynəlxalq aviaşirkəti uçuş hüququndan məhrum edib. Həmin şirkətlər ölkəyə…

Read More