Siyasət 

Prezident açılışda- FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlət başçısına müəssisə barədə məlumat veriblər. Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac…

Read More
Cəmiyyət 

“Arada hirslənmək lazımdır”- Qurban Qurbanov

  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son zamanlarda emosional olması ilə bağlı danışıb. Musavat.com xəbər verir ki, o, ötən gün “Sumqayıt”a 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bu barədə danışıb: “Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsiz yəqin ki. Arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır”.

Read More
Siyasət 

Kreml köhnə sənədlərdən əl çəkmir – Azərbaycana və Ermənistana ismarış

Moskva naftalin iyi verən razılaşmaların dəfn olunduğunu həzm edə bilmir – Bakıdan reaksiya  Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyi açıq və ardıcıldır. Zaxarova brifinqdə deyib ki, “səylərimiz regionda davamlı sülhə və rifaha nail olmağa yönəlib”. Onun sözlərinə görə, Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib: “Əksinə, onlar Bakı və İrəvan arasında sülh prosesi üçün ”yol xəritəsi”ni formalaşdırmağa davam edir. Öz tərəfimizdən tərəfdaşlarımıza Cənubi Qafqaz ölkələrinin və qonşularının maraqları naminə qarşılıqlı məqbul bir həll yoluna çatmaq…

Read More
Cəmiyyət 

Azad olunan ərazilərə köçürülən sakinlərdən 7 027 şəxsin məşğulluğu təmin edilib

Azad olunan ərazilərə köçürülən sakinlərdən 7 027 şəxsin məşğulluğu təmin edilib. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Dövlət Məşğulluq Agentliyi həmçinin 4 836 nəfərin vakansiya üzrə işlə təminatını həyata keçirib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb. 1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir. Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Read More
Gündəm 

Həmin restoran İDDİALARA CAVAB verdi: “Hər şey aydın olacaq”

Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər “LOFT” restoranını ittiham edirlər. Milli.Az məsələ ilə bağlı restoranla əlaqə saxlayıb. “LOFT” restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib. Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib: “Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq”. Qeyd edək ki, Bakı şəhəri, Yasamal…

Read More
Region Xəbərləri 

Yeni Azərbaycan Partiyası: Milli birlik

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə doğruldan Yeni Azərbaycan Partiyası 33 ildə  milyonların partiyası olduğunu sübut etdi. Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış qüdrətli təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi. Yeni Azərbaycan Partiyasının 33 ildə keçdiyi inkişaf yolundan  bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu gününü  müstəqilliyinin bərpasının ilk…

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub. “İki sahil” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb. Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial…

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər

Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. “İki sahil” xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb. Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub.…

Read More
Cəmiyyət 

3 illik vergi güzəştləri – QANUN

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, sənəddə gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəştlərin müəyyənləşməsi nəzərdə tutulub. Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı güzəştli qaydada həyata keçiriləcək. Adıçəkilən müəssisələr 2026-cı il mayın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olacaqlar. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq ilk oxunuşda təsdiqlənib.

Read More