Cəmiyyət 

Metropolitenin iş rejimi dəyişdiriləcək

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. ARANTV.AZ xəbər verir ki, sabah “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov”…

Read More
Cəmiyyət 

Yol polisi küləkli hava ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. ARANTV.AZ  xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan…

Read More
Siyasət 

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib – FOTOLARFOTO

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub. ARANTV.AZ xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı…

Read More
Maraqlı 

Bu iki bürc üçün yeni dövr – Qərar zamanı!

Mars və Plutonun güclü qarşılıqlı təsiri bəzi bürclər üçün həyatda dönüş nöqtəsi yaradır. Münasibətlərdən karyeraya, maliyyədən şəxsi inkişafa qədər atılan addımlar gələcək gedişatı müəyyən edə bilər. Bu dövr xüsusilə Qoç və Oğlaq bürcləri üçün önəmlidir. Qoç: Uzun müddətdir təxirə salınan qərarları vermək vaxtıdır. Münasibətlərdə aydınlıq qazana, karyerada yeni fürsətlər əldə edə, maliyyə məsələlərində isə risk götürərək yeni işlərə başlaya bilərlər. Ekspertlər vurğulayır ki, planlı və düşünülmüş addımlar davamlı uğur gətirəcək. Oğlaq: Plutonun təsiri həyatlarını kökündən dəyişdirmək potensialı daşıyır. İş, ailə və gələcək planlar yenidən formalaşa bilər. Qəbul edilən qərarlar həm…

Read More
Siyasət 

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır

İtaliya Prezident cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.

Read More
Siyasət 

Polşalı parlamentarilər Fəxri xiyabanda, Şəhidlər xiyabanında və Milli Məclisdə – FOTOLAR

Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən…

Read More
Siyasət 

İtaliya Prezidenti: İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir

İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib. İtaliya Prezidenti deyib ki, iki ölkə arasında münasibətləri yüksək qiymətləndirirlər: “İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı sahəsində müsbət mövqeyini ortaya qoyur. İki ölkə arasında münasibətlərin inkişafı üçün yeni addımlar atacağımıza inanıram. Sabah Prezident İlham Əliyevlə İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak edəcəyimizdən çox məmnunam”.

Read More
Siyasət 

İlham Əliyev: Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib

Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Read More