İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib. Musavat.com xəbər verir ki, dövlət başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib. Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb. Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb, münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd…
Read More