Hadisə 

Azərbaycanda DƏHŞƏT: Qayınata kürəkəninin QARNINI PARTLATDI

Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib. Hadisə rayonun Atlıxan kəndində baş verib. Belə ki, 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov (şərti) kürəkəni Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə Vüsalın bağırsağı zədələnib. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Müəyyən edilib ki, 65 yaşlı kişi gecə 02 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib. O, Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qayınatasını təhqir edib. Buna əsəbiləşən kişi qızının ərinin…

Read More
Gündəm 

Azərbaycan və Belarus arasında mühüm anlaşma

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, layihə barədə deputat Elşən Musayev məlumat verib, sazişin mütərəqqi əhəmiyyətindən danışıb. Deputat Elçin Mirzəbəyli sənəd barədə danışarkən bildirib ki, müzakirəyə təqdim olunan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” mahiyyət etibarilə geniş siyasi, iqtisadi və humanitar məzmun kəsb edən beynəlxalq sənəddir: “Qanun layihəsi təmsil olunduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr…

Read More
Hava 

Bu gün bu ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava dəyişkən buludlu olacaq. Gün ərzində buludluluğun artacağı ehtimal edilsə də, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gündüz saatlarında mülayim şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə 8-10, gündüz isə 14-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi bir qədər aşağı enərək 760 millimetr civə sütununa bərabər olacaq. Rayonlarda isə bəzi yerlərdə yağıntılı hava müşahidə ediləcək. Sinoptiklər ayrı-ayrı ərazilərdə şimşək çaxacağını, dolu düşəcəyini və qısamüddətli intensiv yağış yağacağını proqnozlaşdırırlar. Hətta bəzi dağlıq rayonlarda qar yağması ehtimalı da var. Axşama doğru yağıntıların…

Read More
Cəmiyyət 

Taksilərlə bağlı yeni tələblər gəlir – Qiymətlər ARTACAQ?

Taksi ilə sərnişin daşımalarda istifadə olunan avtomobillərlə bağlı yeni tələblər hazırlanacaq. Yeni qaydaların texniki göstəricilər, həmçinin avtomobillərin daxili və xarici görnüşünü də əhatə edəcəyi bildirilir. İndi əsas sual budur: bu dəyişikliklər xidmət keyfiyyətini artıracaq, yoxsa qiymət artımına yol açacaq? Publika.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, proses hələ başlanğıc mərhələsindədir: “Qərarda da göstərilir ki, müvafiq sənəd və qaydalar 2 ay müddətində hazırlanmalıdır. Proses ilkin mərhələdədir. Yəni əvvəlcə həmin təklifləri ərsəyə gətirmək lazımdır. Bundan sonra dəyişikliyin real proseslərə necə təsir göstərəcəyi…

Read More
Təhsil 

Azərbaycanda imtahan sistemi dəyişir? – Nazir açıqladı

Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir. Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib. “Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox…

Read More
Siyasət 

Şuşa və Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı tədbirlər keçiriləcək

Qarşıdakı həftələrdə Şuşa və Naxçıvan şəhərlərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. “İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti resident əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, tədbirlər çərçivəsində aprelin 29–30-da Şuşada, mayın 7–8-də isə Naxçıvanda yerli icra orqanları ilə məsləhətləşmələr və seminarlar təşkil olunacaq. “Görüşlərin əsas məqsədi yerli qurumların Dayanıqlı İnkişaf Məqsədlərinə yanaşmalarını öyrənmək və bu istiqamətdə əməkdaşlığı gücləndirməkdir. Bununla yanaşı, universitetlərdə maarifləndirmə tədbirləri keçiriləcək, yerli icmalarla dialoqlar təşkil olunacaq. Bu təşəbbüslər…

Read More
Siyasət 

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində Çin Xalq Respublikasına işgüzar səfəri, keçirilən görüşlər və tədbirlər barədə məlumat verib. Bildirib ki, səfər zamanı parlamentlər aradında əlaqələrin inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, bugünki iclasın gündəliyinə 11 məsələ daxildir.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı – FOTOLAR

Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb. Bu barədə Musavat.com-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib. Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini…

Read More
Region Xəbərləri 

Ağcabədi və Beyləqanda meşələrdə yanğın təhlükəsizliyi gücləndirilir -VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağcabədi və Beyləqan rayonlarında meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri təşkil olunub. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası çərçivəsində Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən meşəbəyliklərində, eləcə də meşəətrafı ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində maarifləndirmə işləri aparıblar. Tədbirlər zamanı meşə və meşəətrafı sahələrdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti təhlil olunub, xüsusilə yay mövsümündə baş verə biləcək yanğınların qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər…

Read More
Gündəm 

Azərbaycanda gömrüklə bağlı daha bir yenilik

2026-cı ildə Azərbaycanda gömrükdə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sistemi tətbiq ediləcək. İlin sonunadək bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək. Belə ki, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-cı il dekabrın 1-dək gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması məqsədilə normativ hüquqi bazanı təkmilləşdirilməlidir. Qeyd edək ki, gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb. Konsepsiyada Dövlət Gömrük Komitəsinə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-2028-ci illərdə…

Read More