“Bakı gecələri” kafesində içkili qadınlar saçyolduya çıxdı
Xırdalan şəhərində kafedə qadınlar arasında dava olub. Musavat.com xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesində baş verib. Şirvan şəhər sakini, 1993-cü il təvəllüdlü Aydan həmin kafedə işıqları söndürərək rəqs edən zaman Gülnarənin (adlar şərtidir – red.) kafenin işıqlarını yandırmasını bəhanə edib və heç bir əsaslı səbəb olmadan ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. Aydan masanın üzərində olan boşqabı götürərək Gülnarəyə tərəf atıb. Bu zaman boşqab Gülnarənin ayağına dəyməsi nəticəsində xəsarət alıb. Bu hərəkətləri ilə o, həmçinin kafe sahibi Dilarəyə 40 manat dəyərində…
Read More