Hadisə 

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Qaradağda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. “İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Həmin şəxslər 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucovdur. Qeyd edilib ki, onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub. Faktlarla bağlı…

Read More
Cəmiyyət 

Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

Xəzər dənizində son günlər seysmik aktivliyin artması diqqət çəkir. Bu gün səhər saatlarında qeydə alınan yeraltı təkanlar bölgədə zəlzələlərin davam etdiyini göstərir. Yerli vaxtla saat 07:35-də baş verən zəlzələnin maqnitudası 3, dərinliyi isə 72 km olub. Bundan əvvəl, saat 05:55-də isə daha güclü – 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a bildirib ki, Xəzər dənizi zonasında yerləşdiyimiz üçün burada zəlzələlərin baş verməsi təbii hal sayılır və Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir: “Xəzərdə baş verən bu cür zəlzələlər əsasən böyük dərinlikdə…

Read More
Cəmiyyət 

İşğaldan azad edilmiş ərazilərə mövsümi köç edəcək fermerlərə yeni formatda təlimlər keçiriləcək

İşğaldan azad edilmiş ərazilərə heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin mövsümi köçü artıq 6-cı ildir uğurla həyata keçirilir. Bu müddət ərzində fermerlərin təhlükəsiz fəaliyyətinin təmin edilməsi əsas prioritet istiqamətlərdən biri olub. “İki sahil” xəbər verir ki, əvvəlki 5 mövsüm ərzində köç prosesində iştirak edən fermerlər üçün köçdən öncə təhlükəsizlik qaydalarına dair genişmiqyaslı təlimlər təşkil edilib. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iştirakı ilə Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Füzuli, Bərdə, Göygöl və Yevlax rayonlarında növbəli şəkildə keçirilib. Cari ildə isə təlimlərin təşkili…

Read More
Siyasət 

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa işlərinə 30 milyon dollar qrant ayıracaq. “İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci ildə üzrə hesabatında qeyd edilib. Bildirilib ki, bununla bağlı Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Macarıstan Yardım Agentliyi arasında “Azərbaycan Respublikası Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisi çərçivəsində yaşayış binalarının yenidən qurulması” layihəsi ilə bağlı qrant vəsaitinin qəbuluna dair Təsdiq Məktubu” imzalanıb. Sənəd Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Read More
Cəmiyyət 

AZAL 34 yaşını qeyd edir

“Azərbaycan Hava Yolları”nın (AZAL) yaranmasının 34-cü ildönümüdür. Bu barədə Musavat.com-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, 1992-ci il aprelin 7-də təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir. “Yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimi fəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülki aviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionun aparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın və marşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik və xidmət standartlarının tətbiqi,…

Read More
Cəmiyyət 

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. “İki sahil” xəbər verir ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si ənənəvi olaraq Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. ÜST-nin Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. İctimaiyyətin diqqəti ÜST-nin prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir…

Read More
Cəmiyyət 

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyindən AÇIQLAMA: “Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm”

“Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə – yəni Track & Trace sistemidir”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev açıqlayıb. Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir: “Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi…

Read More
Cəmiyyət 

Tərbiyədə köhnə üsullar, yeni problemlər

Psixoloq: Uşaqlara qarşı tətbiq olunan cəza üsulları onların psixoloji inkişafına birbaşa təsir edən ən həssas amillərdən biridir Müasir dövrdə uşaqların tərbiyəsində tətbiq olunan üsullar yalnız ailədaxili münasibətlərin keyfiyyətini deyil, bütövlükdə cəmiyyətin psixoloji sağlamlığını müəyyən edən əsas amillərdən biridir. Valideynlərin davranışa təsir göstərmək məqsədilə seçdikləri metodlar arasında cəza hələ də geniş yayılmış yanaşmalardan biri olsa da, bu üsulun uşağın daxili dünyasına və gələcək inkişafına təsiri ilə bağlı müzakirələr getdikcə daha da aktuallaşır. Xüsusilə sürətlə dəyişən sosial mühit, informasiya axınının artması və uşaqların emosional həssaslığının yüksəlməsi fonunda ənənəvi tərbiyə modellərinin yenidən qiymətləndirilməsi…

Read More
Siyasət 

Hikmət Hacıyev Gəncə ilə bağlı video PAYLAŞDI

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “AnewZ” telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb. Musavat.com-un məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur. Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Read More