Hadisə 

Toydan qayıdarkən maşın aşdı – Yaralılar var

Oğuzda avtomobil aşıb. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişinləri, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, qəza zamanı xəsarət alan şəxslər Bakı şəhərindən toydan qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

Xəzər dənizində növbəti dəfə zəlzələ olub. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:35-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub. Qeyd edək ki, aprelin 7-si saat 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Read More
Sosial 

Azərbaycanın bu rayonunda “göydə” pomidor əkdilər – Video

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin istixanasında pomidorlar qeyri-adi üsulla yetişdirilir. Mərkəzin fənn müəllimi Kəlbi İbrahimov jurnalistlərin mediaturu zamanı Musavat.com-a açıqlamasında bildirib ki, bu istixana smart tipə aiddir və burada yetişdirilən məhsullarda zərərli maddələr yoxdur. Onun sözlərinə görə, maraqlı məqam pomidorların torpaqda deyil, müəyyən hündürlükdə, xüsusi substratda yetişdirilməsidir: “Torpaqda mövcud olan bütün qida maddələrindən istifadə edirik. Azot, fosfor, kalium, dəmir kimi elementləri xüsusi sistem vasitəsilə bitkilərə ötürürük. Digər mikroelementlər isə mərkəzi idarəetmə sistemi ilə şitillərin dibinə verilir. Əgər qabıqla pomidorun ətli hissəsi arasında ağ xətt yoxdursa, bu, gübrələmənin düzgün aparıldığını göstərir.…

Read More
Cəmiyyət 

Çəpiş ətinə tələbat niyə artıb? – VİDEO

Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur. Publika.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, tələbatın çoxalması qəssabların da bu heyvanın kəsiminə marağını artırıb. Hazırda çəpiş ətinin qiyməti satış yerindən asılı olaraq dəyişir və bəzi hallarda quzu əti ilə eyni səviyyəyə çatır. Satıcılar bildirirlər ki, bu ətin əsas üstünlüyü onun yumşaqlığı və spesifik dadındadır. Heyvanın yaşı və çəkisi ətin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdir. Qəssabların sözlərinə görə, çəpiş müəyyən çəkiyə çatdıqdan sonra kəsim üçün daha uyğun hesab olunur. Çəpiş ətinin digər bir xüsusiyyəti isə pəhriz əhəmiyyətli olmasıdır.…

Read More
Cəmiyyət 

Baharda gələn şəfa – Qulançarın bilmədiyimiz 7 möcüzəvi faydası

Xalq arasında “mərəçüyüd” kimi də tanınan bu bitki, sadəcə qurmeli yeməklərin bəzəyi deyil, eyni zamanda əsl vitamin və mineral deposudur. Publika.az yazın gəlişi ilə təbiət bizə ən dəyərli hədiyyələrindən birini – qulançarı faydalarını təqdim edir. Bəs qulançarı rasionumuza daxil etmək sağlamlığımızda nələri dəyişir? 1. Vitamin və mineral deposu Qulançar A, C, E, K və B qrupu vitaminləri ilə zəngindir. Xüsusilə tərkibindəki yüksək fol turşusu (B9) sayəsində hüceyrələrin yenilənməsinə kömək edir və hamilə qadınlar üçün olduqca faydalıdır. 2. Təbii detoks təsiri Güclü bir diuretik (sidikqovucu) olan qulançar, bədəndəki artıq mayenin və toksinlərin kənarlaşdırılmasına kömək edir. Böyrəklərin fəaliyyətini stimullaşdıraraq…

Read More
Cəmiyyət 

Mayda 14 GÜN İŞ OLMAYACAQ – 2 bayramı bir gündə qeyd edəcəyik

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May – Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May – Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir. Maraqlıdır ki, martda olduğu kimi, mayda da iki bayram – Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək. Əmək Məcəlləsinə əsasən,…

Read More
Hava 

Bəzi yerlərdə intensiv və güclü yağıntılar olub, dağlara qar yağıb

Bu gün saat 11:00 olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə 11 (Zaqatala), Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir. Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir. Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 46 (aylıq normanın…

Read More
Cəmiyyət 

Gəncədə ata, ana və nənə 13 yaşlı qızdan İMTİNA ETDİ

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Məlumata görə, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib. O, nəvəsinin uşaq evinə verilməsini istəyir. Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.//Report

Read More
Cəmiyyət 

Azərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir. Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.

Read More
Hadisə 

Göygöldə bəyin atası toyda faciəvi şəkildə öldü – VİDEO

Göygöldə bədbəxt hadisə baş verib. Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, A.Hüseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Read More