Mövsümi meyvələr niyə bahadır? – Bazardan reportaj, FOTOLAR
Son günlər Bakıda hökm sürən şaxtalı, qarlı-yağışlı hava təkcə yolları deyil, bazar piştaxtalarını da “sarsıdıb”. Paytaxt sakinləri deyirlər ki, meyvə-tərəvəz əvvəlki dadını itirib, tez xarab olur. Qiymətlər isə sanki havadan da sərtdir. Bu mənzərəni yaxından görmək üçün Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarına üz tutduq. Məqsədimiz şaxtanın meyvə-tərəvəzə real təsirini və bunun qiymətlərə necə yansıdığını yerində araşdırmaq idi. Bazarın çöl hissəsində, açıq havada satılan meyvələrin vəziyyəti ürəkaçan deyildi. Bir çox meyvələr büzüşmüş, rəngi solmuş, təravətini itirmiş görünürdü. Xüsusilə alma piştaxtaları diqqət çəkirdi. Adətən bahalı sayılan “Qızıl Əhmədi” almasının 1 manata…
Read More