Region Xəbərləri 

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli Bayraq Gününün ölkəmizdə təntənə ilə qeyd olunması dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş 50 milyondan çox azərbaycanlının sonsuz sevincinə səbəb olmuşdur. Çünki bu əziz günün qeyd olunması bir millətin özünüdərki, qeyrəti, məsləki və əqidəsidir. Tarix sübut edir ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Xalqımız öz tarixi müstəqilliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faicələrlə üz-üzə…

Read More
Region Xəbərləri 

Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız

Azərbaycanın üçrəngli Dövlət Bayrağı, sadəcə bir parıldayan parçadan ibarət deyil. O, millətimizin dövlətçiliyinin, azadlığının və müstəqilliyinin ən müqəddəs rəmzidir. Ulu Öndər Heydər Əliyev öz müdrik sözləri ilə bunu belə ifadə etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən dövlət bayrağı kimi təsdiqləndi. Bu tarixi addımın arxasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iradəsi dayanırdı. O özü xatırladırdı: “Biz…

Read More
Region Xəbərləri 

Müstəqilliyimizin simvolu

Artıq beş ildir ki, bütün tarixi günləri, bayramları Zəfər ovqatında qeyd edirik. 9 Noyabr- Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.

8 Noyabr -Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri birlikdə 44 günlük Vətən müharibəsi zamanı öz qəhramanlıqları ilə Zəfərə yol açan igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edərək, xatirə lövhəsi önünə güllər düzüblər. Eyni zamanda rayon rəhbəri xiyabanda görülmüş təmizlik və abadlıq işləri ilə yaxından tanış olub. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Read More
Region Xəbərləri 

Bərdə rayonunda Zəfər Gününün 5 illiyi münasibətilə bayram konserti keçirilib

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bərdə Heydər Əliyev adına park-bulvarda Bərdə Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Konsertdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Xanlar Fətiyev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları 8 noyabr – Zəfər Gününə həsr olunan rayon ümumtəhsil, peşə və incəsənət məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət “Zəfər sərgisi” nə baxış keçiriblər. Konsert qəhrəman…

Read More
Region Xəbərləri 

8 Noyabr Zəfər Günü münasibətilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında silsilə tədbirlər keçirilib

Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər, şöbə, bölmə müdirləri, şəhid ailələri, qazilər, veteranlar və tibb personalı iştirak edib. Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı direktor və müavinlər çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın şanlı tarixində əbədi iz qoyan, əsrlərlə yaddaşlardan silinməyəcək bir hadisə olduğunu vurğulayıb. Torpaqlarımızın işğaldan azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən olduğunu, bu…

Read More
Region Xəbərləri 

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan…

Read More
Region Xəbərləri 

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Tarixə nəzər salsaq Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.…

Read More
Region Xəbərləri 

Bərdə şəhər 3 və 4 nömrəli Uşaq İncəsənət Məktəblərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

8 Noyabr – Zəfər Günü münasibətilə Bərdə şəhər 3 və 4 nömrəli Uşaq İncəsənət Məktəblərində əlamətdar tədbir təşkil olunub. Tədbirdə məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də qonaqlar iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində ən şanlı səhifələrdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümayiş etdirərək torpaqlarımızı düşmən işğalından…

Read More
Region Xəbərləri 

Həyatımızın ən möhtəşəm Zəfər müjdəsi

Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır.   Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ…

Read More