Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Bayramlı kəndində səyyar qəbul-görüşü keçirildi

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Bayramlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi. Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin Otuzikilər və Bayramlı kəndlərini birləşdirən 4 km yolun asfaltlanması, kənd sakininə özünüməşğulluq proqramı əsasında iribuynuzlu heyvan verilməsi, maddi yardım edilməsi, fərdi yaşayış evinin…

Read More
Region Xəbərləri 

Qalib Liderimizlə hər bir azərbaycanlı qürur duyur!

Bərdəli seçicilərlə növbəti görüşlər keçirilib 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayon Mədəniyyət Mərkəzində şəhər seçiciləri, eləcə də Kələntərli, Qasımbəyli, Muğanlı kəndlərinin seçiciləri ilə görüş keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP…

Read More
Region Xəbərləri 

ÖLKƏMİZİN DAVAMLI VƏ DAYANIQLI İNKİŞAFI TƏMİN EDİLİB

Bərdədə seçicilər ilə görüş keçirilib 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kompaniyası çərçivəsində yanvarın 19-da YAP Bərdə rayon təşkilatında və Mustafaağalı kəndində seçicilər ilə görüş keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Cənab İlham Əliyevin rəhbərliyi dövründə əldə olunan uğurlarla bağlı YAP Mərkəzi Seçki Qərargahının hazırladığı video çarx izlənib. Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət…

Read More
Region Xəbərləri 

Bərdədə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunmuşdur.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar öncə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Bərdə rayonuna atdığı Smerç tipli raketlər nəticəsində şəhid olmuş dinc Bərdə sakinlərinin xatirəsinə salınmış guşə önünə qərənfillər düzərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla anılmışdır. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı” ziyarət olunmuş,…

Read More
Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Umudalılar kəndində səyyar qəbul-görüşü keçirildi

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Umudalılar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi. Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kəndin ərazisində yerləşən subartezian quyusunun dərinlik nasosunun bərpa edilməsi, əkinə yararlı 60 ha pay torpağının suvarılmasında yay aylarında çətinlik olduğu üçün 1 ədəd…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda yanvarın 18-də Güloğlular, Qaradağlı, Divanlı, Qaraqoyunlu, Mehdili və Xanağalı kəndlərinin seçiciləri ilə görüş keçirilib. Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşlərin hər biri Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, şəhid…

Read More
Region Xəbərləri Təhsil 

20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın1-ci bəndinə əsasən Şorəlli kənd tam orta məktəbdə anım tədbiri keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagird heyəti iştirak etdi.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı,şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirildi.

Read More
Region Xəbərləri 

Ölkəmizin tarixində unudulmaz səhifə

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Lakin 1990-cı il 20 Yanvar hadisələrindən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini…

Read More
Region Xəbərləri 

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”

Bərdə rayonunda YAP-ın namizədi ilə bağlı təbliğat kompaniyası seçicilərin bayram əhval-ruhiyyəsi ilə davam edir. Fevralın 7-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda günün birinci yarısında YAP rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançı və tələbə seçicilərlə, günün ikinci yarısında Mollalı və Məşədiibişli kəndlərinin seçiciləri ilə görüş keçirilib. Görüşlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Görüşlərin hər biri Azərbaycan Respublikasının…

Read More