Region Xəbərləri 

Yeni su kanalı çəkilir

ARANTV.AZ xəbər verir ki, Sabirabad və Salyan rayonlarındakı 15 min hektardan çox qış otlaq sahəsi əkin dövriyyəsinə qaytarılır. Dövlət başçısının sərəncamına uyğun olaraq bu sahələri suvarma suyu ilə təmin etmək üşün su kanalı çəkilir. Hazırda tikinti layihəsinin 2-ci mərhələsinə başlanılıb.
Sabirabad və qonşu rayonlarda 15 min  hektardan çox qış otlaq sahəsini fasiləsiz su ilə təmin edəcək tikinti layihəsi Mugan bölgəsində ən böyük layihələrdən hesab olunur. Layihənin birinci  mərhələsi çərçivəsində

Kür çayı üzərində nəhəng nasos stanisiya inşa olunub, boru xətləri çəkilib, su anbarı tikilib, digər yardımçı işlər görülüb. Nasos stansiyasında suqəbuledici, sudurulducu kanalların tikintisi də başa çatıb, ətraf abadlaşdırlıb. Meliorasiya və Su təsərrüfatı ASC hazırda layihənin 2-ci hissəsi üzrə tikinti işlərini davam etdirir.

15 min 300 metr uzunluğunda kanal əkin sahələrinə saniyədə

13,3 kub su ötürəcək. Kanal betonla üzlənəcək. Bundan əlavə, kanalların üzərində olan körpülər, keçidlər, habelə qurunt sularının kənara ötürülməsi üçün yardımçı kanalların tikintisi də aparılır.

Tikinti layihəsi dövlət başçısının sərəncamına əsasən icra olunur. Su kanalı çəkilən 15 min hektar ərazi məhz, suvarılmadığına görə indiyə qədər ancaq qış otlaq sahəsi kimi istifadə olunub. Hətta  yay aylarında bu örüş sahələrində mal-qara da su sarıdan korluq çəkib. Yeni kanalın çəkilməsi ilə bu ərazilər əkin sövriyyəsinə qaytarılacaq, burada müxtəlif kənd təsərrüfatı bitkiləri, əsasən də pambıq əkiləcək.

Daha çox xəbərlər