Siyasət 

Dövlət Miqrasiya Xidmətinə 91 min 626 müraciət qeydə alınıb

ARANTV.AZ xəbər verir ki, avqustda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 91 min 626 müraciət daxil qeydə alınıb. Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 2 min 43 qərar qəbul edilib. Qərarlardan 1236-sı cərimə tətbiqi, 1078-i ölkəni tərk etmə, 158-i isə ölkə ərazisində yaşamanı qanuniləşdirmə barədədir. Ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq, həmçinin iş icazələrinin alınması, mövcud iş icazələrinin müddətinin uzadılması üçün isə 7 min 327 müraciət daxil olub.

Daha çox xəbərlər