Ölkədə ilk dəfə icarə haqqını internetlə ödəmək imkanı yaradılıb
ARANTV.AZ xəbər verir ki, artıq fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti yaradılıb. Əlavə heç bir ödəniş tələb etməyən sistem vətəndaşlara vaxta qənaətlə bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Bu isə ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir. Yeni interaktiv ödəniş xidmətindən dövlət orqanları və bələdiyyələr də istifadə edə bilər. Müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür. Xidmətdən istifadə üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalına daxil olmaq lazımdır. Bundan başqa 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.

