“Formula 1” Bakıda sentyabrda keçiriləcək?
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2020-ci ildə “Formula 1” Azərbaycan Qran-prisinin sentyabr ayının 6-da keçiriləcəyi ilə bağlı Almaniyanın “Bild” nəşrinin yaydığı məlumata aydınlıq gətirib.
BŞH-dən verilən məlumata görə, “Formula 1” şirkəti çempionatın 2020 il üçün yeni təqvimini hələ elan etməyib. Bu səbəbdən hər hansı kütləvi informasiya vasitəsi tərəfindən yarışların tarixlərini açıqlayan məlumatlar həqiqətə uyğun deyil.
“Yarışın sentyabrın 6-da keçirilməsi qeyri-rəsmi məlumatdır və doğru deyil. Hazırda Bakı Şəhər Halqasının işçi heyəti məzuniyyətdədir və ölkədə karantin rejimi elan olduğuna görə yarışla bağlı heç bir tikinti işi aparılmır”, – deyə BŞH-dən bildirilib.

