ARANTV.AZ xəbər verir ki, 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun 4-cü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb. Müsabiqədən keçən şəxslər oktyabrın 17-dək zəruri sənədləri aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Bununla yanaşı, tədris ili boyunca yaranan yeni vakansiyalar üçün də namizdələrin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəzərdə tutulur.
Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb
